Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb
Tarix: 16.10.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Associated Press agentliyi Səudiyyə Ərəbistanının baş konsulluğuna baxış keçirilərkən iki həftə əvvəl yoxa çıxmış jurnalist Camal Kaşıkçının öldürülməsinə işarə edən dəlillər tapıldığını iddia edir. Türkiyənin NTV telekanalı xəbər verir ki, ötən gecə baxış zamanı türkiyəli mütəxəssislər konsulluğun həyətində torpaqdan nümunələr götürüb, həmçinin qan izlərini tapmaq üçün ultrabənövşəyi şüalardan istifadə ediblər. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, müstəntiqlər Səudiyyə Ərəbistanı konsulunun iqamətgahına da baxış keçirəcəklər. Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu dünən Krallığın İstanbuldakı baş konsulluğuna təxminən 9 saat sürən baxış keçirib. Araşdırmanın nəticələri hələlik açıqlanmır.
Anadolu agentliyinin yaydığı son məlumata görə, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi bu axşam yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) təyyarə ilə Türkiyəni tərk edib.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib
19.04.2019
Londonda mitinq zamanı 400 nəfər həbs edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info