Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
Tarix: 16.10.2018 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Oktyabrın 16-da regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Astara rayonunun Səncərədi kəndində inşa edilmiş körpələr evi-uşaq bağçasının yeni binası istifadəyə verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1970-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisəsi üçün bu ilin mart ayında “Dördlər” MMC tərəfindən tikintisinə başlanılan ikimərtəbəli, 60 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim və tərbiyəsi, istirahəti və əyləncəsi üçün lazımi şərait yaradılıb. Binada qrup, yataq, yemək, xidməti, musiqi və idman otaqları uşaqların ixtiyarına verilib. Bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait var. Otaqlar zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində uşaqların əylənməsi üçün istirahət guşələri yaradılıb. Bağçada hər birində 20 uşaq olmaqla, üç qrup fəaliyyət göstərir. Burada 20 işçi çalışır. Yeni bağça binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, körpələr evi-uşaq bağçasının müdiri Elnaz Paşayeva, yerli sakinlər Fəxrəddin Məhərrəmov və Sədail Həbibov bağça kollektivini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar. Çıxışlarda qeyd olunub ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Ölkəmizin bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir. Diqqətə çatdırılıb ki, oktyabrın 15-də Prezident İlham Əliyevin ölkəmizin cənub bölgəsinə növbəti səfəri zamanı Astaraya gəlməsi, dövlətimizin başçısının rayonda bir sıra sosial obyektlərin açılışında iştirak etməsi və ictimaiyyət nümayəndələri ilə görüşü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Kəndin sakinləri əlamətdar gün - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində onlara ərməğan edilən bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Mərasim iştirakçıları körpələr evi-uşaq bağçasının yeni binasında yaradılan şəraitlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info