Azərbaycanın müstəqilliyinin memarı
Tarix: 16.10.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edib
Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtara, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxara biləcək yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər. Ölkənin taleyinə biganə olmayan belə ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının "Səs" qəzetinin 16 oktyabr 1992-ci il tarixli nömrəsində çap olunmuş həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Həmin ziyalıların bu tarixi müraciəti, əslində, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb. Həmin vaxt Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirirdi. Bunun da əsas səbəbi respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranı idi. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdü. Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Müraciətdə bu inam ifadə olunurdu ki, yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar: “Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük.” Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın gözgörəsi dağılmasına dözməyən Heydər Əliyev dühası vətənin dar günündə xalqın imdad, kömək səsinə səs verdi. Oktyabrın 24-də ulu öndərin ziyalıların müraciətinə verdiyi müsbət cavab isə Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyətin altına girməkdən çəkinmədiyini, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Cavab məktubunda ziyalıların haqlı narahatlığını və həyəcanını bölüşən ümummilli lider yaranmış vəziyyətdən çıxış yollarını da böyük müdriklik və uzaqgörənliklə göstərirdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram". 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi: Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə YAP-ın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli vəziyyətdə çıxış yollarını göstərən, onun müdrik tövsiyələrini əks etdirən bu məktubu sonrakı mərhələdə YAP-ın fəaliyyətinin əsas prinsiplərini və istiqamətlərini təşkil etdi. Həmin vaxt Azərbaycanın müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, sonra mümkün olub. YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına, böyük investisiyalar məkanına çevrildi.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
16.11.2018
Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı təsdiqlənib
16.11.2018
“Doing Business” hesabatında əldə edilən böyük irəliləyiş aparılan islahatların məntiqi nəticəsidir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
16.11.2018
Prezident Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info