UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub
Tarix: 17.10.2018 | Saat: 01:30:00 | E-mail | Çapa göndər



Oktyabrın 16-da UEFA Millətlər Liqasının dördüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması A liqasının 1-ci qrupunda yer alan Fransa və Almaniya yığmaları arasında olub. Oyunun ilk dəqiqələri hazırda dünya çempionu Fransa millisinin hücumları ilə başlayıb. Onlar rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da, hesabı qonaqlar açıb. Qarşılaşmanın 14-cü dəqiqəsində oyunun baş hakimi - serbiyalı Milorad Maziç meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Toni Kros fürsəti əldən verməyib - 0:1. Sonra Fransa millisi bütün heyətlə irəli atılsa da, hesab dəyişilməyib. Birinci hissə almanların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra matçın 62-ci dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Belə ki, Lukas Hernandesin cinah ötürməsini fransalıların əsas qol silahı sayılan Antuan Qrizman dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:1. Hesabla razı olmayan Fransa yığması oyunun əsas vaxtına 10 dəqiqə qalmış önə keçib. Hakim bu dəfə qonaqların qapısına mübahisəli “penalti” təyin edib. Antuan Qrizman dublu rəsimləşdirib. Qalan dəqiqlərdə hesab dəyişilməyib.
Qrupa üç turdan sonra 7 xalla Fransa yığması başçılıq edir, bir oyun az keçirən Niderland millisi 3 xalla ikinci, bir xalla Almaniya seçməsi isə üçüncü yerdə qərarlaşıb.

B liqasının 1-ci qrupunda yer alan Çexiya millisi Ukrayna yığmasının qonağı olub. Görüş Andrey Şevcenkonun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Ukrayna millisi vaxtından əvvəl play-off mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan milli komandasının yer aldığı D liqasının 1-ci qrupunda Qazaxıstan doğma meydanda Andorra seçməsinin qapısından dörd cavabsız top keçirib. Qrupun digər oyununda Gürcüstan səfərdə Latviya millisini 3:0 hesabı ilə məğlub edib.

Oktyabrın 16-da keçirilən oyunlarda növbəti nəticələr qeydə alınıb:

B liqası 4-cü qrup

İrlandiya - Uels - 0:1

C liqası 3-cü qrup
Norveç - Bolqarıstan - 1:0
Sloveniya - Kipr - 1:1

D liqası 4-cü qrup
Ermənistan - Makedoniya - 4:0
Cəbəllütariq - Lixtenşteyn - 2:1.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub
19.01.2019
“Barselona” sosial şəbəkələrdə ən çox izləyicisi olan futbol klubudur
19.01.2019
Harri Keyn 2018-ci ildə İngiltərə yığmasının ən yaxşı oyunçusu sayılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info