“The Washington Times”: “Con Bolton Azərbaycana yola düşür”
Tarix: 17.10.2018 | Saat: 01:36:00 | E-mail | Çapa göndər



“The Washington Times” Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib


Birləşmiş Ştatların nüfuzlu “The Washington Times” qəzeti “Caspian Group Holdings”in direktoru Rob Sobhaninin “Con Bolton Azərbaycana yola düşür” sərlövhəli məqaləsini dərc edib. Məqalədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Bakıya tezliklə nəzərdə tutulan səfəri və Birləşmiş Ştatlarla Azərbaycan arasında strateji tərəfdaşlıqdan bəhs olunur. Müəllif yazır ki, ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib. Cənab Bolton geopolitik cəhətdən bu mühüm ölkəyə səfərindən Vaşinqtonun Azərbaycana dəyişməz və güclü dəstəyini təsdiq etmək üçün istifadə etməlidir. Sobhani qeyd edir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan sabit, müstəqil, çiçəklənən, dini cəhətdən tolerant və müasir dövlətə çevrilib.
Müəllif daha sonra vurğulayır ki, 11 sentyabr 2001-ci il terror aktlarından dərhal sonra Prezident Heydər Əliyev qlobal terrorizm təhlükəsinə qarşı mübarizədə ABŞ-ı tam və qeyd-şərtsiz dəstəklədiyini bəyan edib. Azərbaycan hərbçiləri İraqda və Əfqanıstanda amerikan əsgərləri ilə çiyin-çiyinə xidmət etməkdə davam edirlər. Heç şübhəsiz ki, cənab Bolton daimi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirəcək. Həmçinin qeyd olunub ki, Con Bolton Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə Azərbaycanın verdiyi töhfəni alqışlamalıdır.
Sobhani yazır ki, Merilend xeyriyyəçi ərzaq fondu mərhum Prezident Heydər Əliyevin şərəfinə Azərbaycan səfirindən hər il ianə alır. Faktiki olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva (bir çoxları onu şəfqətli birinci xanım adlandırır) amerikasayağı comərdliyi paylaşırlar. Məqalənin sonunda deyilir ki, Mehriban Əliyevanın Birləşmiş Ştatlardakı “Save A Child’s Heart”, “The Urban Alliance” və “Longview School for the Disabled” (əlillər üçün Lonqvyu məktəbi) kimi təşkilatlara xeyriyyə yardımını da qeyd etmək vacibdir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info