“Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat”
Tarix: 17.10.2018 | Saat: 12:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan bildirilib ki, tədbiri açan universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlərin keçirilməsindən danışıb.
Tədbirdə Əməkdar jurnalist Qərənfil Quliyeva Cümhuriyyət dövründə mətbuatın yaranması, formalaşması və inkişafından söz açıb. Bildirib ki, 1919-cu il oktyabrın 30-da “Mətbuat haqqında nizamnamə” qəbul olunub ki, bu, Azərbaycan mətbuatının fəaliyyətini tənzimləyən ilk hüquqi sənəd idi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı Nəcibə Bağırzadə isə Məhəmməd Əmin Rəsulzadənin Məhəmməd Əli ilə birgə milləti oyatmaq üçün çağırışlar etdiyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Cavanşir Yusifli Cümhuriyyət dövrü ədəbiyyatının əsas istiqamətləri haqqında məlumat verib.
ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Cümhuriyyət hökumətinin bütün qanun və bəyannamələrin doğma ana dilində çap edilməsi barədə qərarının mütərəqqi addım olduğunu vurğulayıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən mütəmadi olaraq bu tip tədbirlər keçirilir. Belə tədbirlər tələbələrin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Rektor universitetdə fəaliyyət göstərən digər kafedra və laboratoriyalara da birgə tədbirlər keçirməyi tövsiyə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakı Dövlət Universitetinin nizamnaməsi təsdiq edilib
18.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
18.04.2019
BDU-da “Springer Nature Author Workshop” mövzusunda seminar keçirilib
18.04.2019
Serxio Osvaldo Perez: “Azərbaycan dinamik inkişafda olan ölkədir”
18.04.2019
Akademik İqrar Əliyevin 95 illik yubileyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info