ASAN Radioda ƏƏSMN-nin “DOST məsləhəti” adlı verilişi yayımlanacaq
Tarix: 17.10.2018 | Saat: 12:14:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Radio birgə yeni layihəyə start verir. İki qurumun əməkdaşlığı çərçivəsində 100 FM-də “DOST məsləhəti” verilişi efirdə olacaq.
Verilişin adının “DOST məsləhəti” seçilməsi təsadüfi deyil. Prezident cənab İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılır. Məqsəd verilişdə bu mərkəzlərin fəaliyyəti barədə əhalinin, xüsusilə həssas qrupların maarifləndirilməsidir.
ASAN Radionun efirində yayımlanacaq “DOST məsləhəti”ndə
- Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn məsələlər,
- Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar;
- Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları;
- Sosial təminat növləri, onların təyini və ödənilməsi qaydaları;
- Dövlət məşğulluq xidmətləri, aktiv əmək bazarı proqramları, kiçik ailə biznesinin qurulmasında özünüməşğulluq proqramının açdığı imkanlar;
- Əmək hüquqları, bu hüquqların müdafiəsi yönündə aparılan işlər;
- Sığorta-pensiya sistemi, pensiya təminatı sahəsində aparılan islahatlar;
- Sosial xidmətlər və onların əhatə etdiyi kateqoriyalar və s. barədə söhbət açılacaq.
Verilişdə dinləyici sualları da cavablandırılacaq. (Şəhər telefonlarından 012-56-56-100, WhatsApp 070-65-56-100).
“DOST məsləhəti” verilişini hər həftənin bazar ertəsi saat 19.05-də ASAN Radioda dinləyə bilərsiniz. Verilişin aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur. Verilişin ilk buraxılışı oktyabrın 22-si saat 19:05-də efirdə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Litva portalında Azərbaycanda və bu ölkədə törədilmiş faciəli yanvar hadisələri arasındakı oxşarlıqdan bəhs olunub
20.01.2019
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2019
Özbəkistan portalı: 20 Yanvar - Azərbaycan xalqının vətənpərvərlik və qəhrəmanlıq günü
20.01.2019
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info