Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlıq genişləndiriləcək
Tarix: 17.10.2018 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bu istiqamətdə aparılan işlər barədə məlumat verib. S.Babayev Azərbaycan iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib.
S.Babayev ƏƏSMN və BP – “British Council”in birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, proqram çərçivəsində 90 nəfərədək əlilliyi olan şəxsin ingilis dili, kompüter bacarıqları və sosial bacarıqların inkişaf etdirilməsi istiqamətində təlimlərə cəlb olunmaları həmin əlilliyi olan insanların gələcək məşğulluğunun təminatında mühüm dəstəkdir. Digər tərəfdən, müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediliblər. Proqram iştirakçılarına psixoloji dəstəyin göstərilməsi və məşğulluq üzrə müvafiq məsləhətlərin verilməsi də nəzərdə tutulub. Nazir gələcəkdə belə dəyərli layihələri əhatə edən əməkdaşlığın daha geniş müstəvidə qurulmasının məqsədəuyğun olacağını vurğulayıb.
Q.Counz BP şirkətinin öz layihələrinin icrası zamanı məşğulluq amilinə xüsusi önəm verdiyini deyib. O, sosial cəhətdən həssas qrupların, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün onların bacarıqlarının artırılmasına xidmət edən layihə üzrə aparılan işlərdən bəhs edib, bu yöndə layihələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin diqqətdə saxlanacağını bildirib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları barədə də Q.Counza ətraflı məlumat verilib. “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” çərçivəsində görülən işlər, birgə fəaliyyətin gələcək istiqamətləri, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub
13.11.2018
Müavinəti haqqı olan hər kəs alacaq
13.11.2018
Cəfər Pənahinin “Üç üz” filmi “CinemaPlus”da
13.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
12.11.2018
Slovakiyanın Baş naziri Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info