Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib
Tarix: 17.10.2018 | Saat: 12:17:00 | E-mail | Çapa göndər


Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans" sərgisi keçirilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, əsasən, dəmiryolu nəqliyyatında son yeniliklərin nümayiş etdirildiyi sərgidə metropolitenin istismarı, tunel tikintisi sahəsındə yeni texnologiyalar üstünlük təşkil edib. Ümumi uzunluğu 3500 m-ə bərabər olan relslər üzərində lokomotivlər, müxtəlif dəmir yolu avadanlığı və qurğuları nümayiş etdirilib.
“Bakı Metropoliteni” QSC-nin 5 nəfərdən ibarət nümayəndə heyəti sərgidə təqdim edilən yeniliklərlə tanış olub. "Bakı Metropoliteni" QSC-nin mütəxəssisləri bu sərgidə nümayiş etdirilən dəmir yollarına texniki xidmət, işarəvermə, rabitə, tunel tikintisi texnologiyaları, hərəkətin təşkili, sərnişinlərə xidmət sahəsində son yeniliklərlə maraqlanıblar.
Ənənəyə görə hər iki ildən bir keçirilən sərgi qarşılıqlı əlaqələrin genişləndirilməsində, dünya təcrübəsinin öyrənilməsində böyük əhəmiyyət kəsb etməklə yanaşı, qabaqcıl texnika və yeni texnologiyaların tətbiqində "Bakı Metropoliteni" QSC-nin doğru yolda olduğunu əyani nümayiş etdirib. Bu xüsusda sərgi pavilyonlarının birində dəmiryollarının diaqnostikasından bəhs edən videoçarxın əsas hissəsinin 2015-ci ildə Bakı Metropolitenində istismara verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı diaqnostika kompleksinə həsr olunmasını qeyd etmək mümkündür. Ümumiyyətlə, son illərdə yeni texnologiyaların mənimsənilməsi sahəsində, Bakı Metropoliteninin ən böyük uğurlarından biri kimi, diaqnostika kompleksi get-gedə daha çox diqqət çəkir. Onun işi ilə Rusiya, İtaliya, Hindistan, Gürcüstan mütxəssisləri maraqlanıblar. Bakılı mütəxəsislər üçün bu sərgidə iştirak etməyin başqa bir əhəmiyyətli cəhəti işgüzar əlaqələrin qurulduğu xarici şirkətlərin, eləcə də məhsulları diqqət çəkən müəssisələrin nümayəndələri ilə işgüzar görüşlərdə, bəzi sual doğuran məsələləri həll etmək imkanı idi.
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun yanında sərgi ilə bağlı keçirilən müşavirədə Berlin səfərinin nəticələri müzakirə olunub, Bakı metrosunda tətbiqi münasib bilinən innovasiyaların siyahısı təsdiq edilib və yeniliklərin həyata keçirilməsi üçün görüləcək işlər müəyyənləşdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb
20.04.2019
ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20.04.2019
Türkiyə ordusu dörd şəhid verib
20.04.2019
ABŞ-da fırtına 5 nəfərin ölümünə səbəb olub
20.04.2019
Gürcüstan Prezident Administrasiyasının rəhbəri istefa verdi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info