Naxçıvan Dövlət Universiteti ilə Çankırı Karatekin Universiteti iki diplomlu təhsil proqramı hazırlayır
Tarix: 17.10.2018 | Saat: 12:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iləTürkiyənin Çankırı Karatekin Universitetinin prorektoru, professor Murad Arı ilə qarşılıqlı görüş olub. Universitetin rektoru ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq xarici ölkələrlə bağlanmış beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. Qeyd edilib ki, Erasmus+ layihəsi çərçivəsində hər iki universitet arasında qarşılıqlı əlaqələr mövcuddur.
Çankırı Karatekin Universitetinin prorektoru, professor Murad Arı universitetlərarası əlaqələrə toxunaraq birgə layihələrin əhəmiyyətindən danışıb. Sonra qarşılıqlı müqavilə imzalanıb. Müqavilədə iki diplomlu təhsil proqramının yaradılması nəzərdə tutulub. Razılıq memorandumunda həmçinin proqramların idarə olunması ilə bağlı öhdəliklər, hər iki tərəfin müəyyən etdiyi müddət və semestrlərə nəzarət olunması, təhsil xərcləri, dil məsələləri, tamamlanmış təhsilin tanınması, proqramın idarəçiliyi ilə bağlı tələb və öhdəliklər və digər partnyor müəssisələrin hüquqi tələbləri ilə bağlı məsələlər, həmçinin koordinasiya məsələləri ilə bağlı bütün fəaliyyətlərin icrası nəzərdə tutulub.
Görüşdə universitetlərarası əlaqələrin genişləndirələrək ikitərəfli müqavilə şəklinə salınması hər iki universitet üçün təqdirəlayiq hal kimi dəyərləndirilib.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info