Azərbaycan Respublikası: davamlı inkişafı ilə qürur gətirən ölkə
Tarix: 17.10.2018 | Saat: 13:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası dünyanın sabitliyini möhkəmləndirən və davamlı inkişaf edən ölkəsi olaraq, uğurlarına davam etməkdədir. Müasir müstəqillik illərinin ən mütərəqqi və məhsuldar yüksəliş dövrünü yaşayan ölkəmiz müəllifi olduğu ideya, layihə və təşəbbüslərlə beynəlxalq miqyasdakı mövqeyini daha da möhkmlətmiş və bu isə onu müəyyən etdiyi hədəf və prioritetlərinə daha da yaxınlaşdırmışdır. İstər beynəlxalq iqtisadi təşkilatlara inteqrasiya proseslərinin sürətlənməsi, istər dünyanın hazırkı çağırışlarına səs verə biləcək təşkilatlanmanın təmin edilməsi, istərsə də hüquqi və iqtisadi tənzimləmələrlə iqtisadiyyatın sosiallaşma çəkisinin artırılması, onun regional və milli mahiyyətinin yüksəldilməsi fonunda həm də dünya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilməsinə güclü zəminlər yaratdı. Bu isə təbii ki, ölkədə iqtisadi artımın davamlılığına imkanlar açdı. Əvvəlki dövrlərlə müqayisədə artan miqyasda təşəkkül tapan həmin proseslər siyasi müstəqilliyin daha da möhkəmlənməsi ilə yanaşı, həm də onun iqtisadi dayaqlarını olduqca etibarlı səviyyəyə yüksəltdi.
Artıq 2018-ci ilin doqquz ayı geridə qaldı. Keçən müddət isə daha çox Azərbaycanın iqtisadi və siyasi maraqlarının qorunması, əhalinin sosial müdafiəsinin güclənməsi, ümumilikdə isə xalqın mənafeyinin və rifah göstəricilərinin daha da artması ilə yadda qaldı. Regionların istehsal çəkisinin artırılması, əhalinin məskunlaşma siyasətinin stimullaşdırılması, nəticə etibarı ilə səmərəli məşğulluq səviyyəsinin yüksəldilməsindəki artan dinamika ölkənin makroiqtisadi zəmində formalaşdırdığı sosiallaşma potensialını ifadə etməkdədir. Bütün bunlar ölkənin milli iqtisadi quruculuq proseslərindəki uğurlarını və bu sahədəki perspektivlərini daha da artıran ən mühüm amillərdir. Bu günlər, yəni oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosal-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu nailiyyətlər ifadə olundu.
Tərəddüd etmədən qeyd edə bilərik ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf sahəsindəki perspektivlərinin və bu əsasda uzaq gələcək üzrə müəyyən edilən hədəflərinin qətiyyətli və düzgün müəyyənləşdirilməsi dövlət başçısının böyük siyasət əsasında uzaqgörənliklə müəllifi olduğu uğurlu strateji layihələr nəticəsində mümkün olmuşdur. Təbii ki, belə bir vəziyyət isə ölkəmizə regionda və dünyada cərəyan edən neqativ hadisələrdən qorunma gücü verməkdə, onu təminat altına almaqdadır. Artıq bu bir həqiqətdir ki, ölkə başçısının müdrik rəhbərliyi ilə Azərbaycan öz iqtisadiyyatını yeni və perspektivlər bəxş edən güclü təşkilatlanmış mexanizm olaraq qurmuşdur. Elə məlum iclasda da ölkə başçısı bütün bunları yüksək dəyərləndirərək demişdir: Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdəndə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.
Bəli, əlbəttə, iqtisadi və siyasi müstəqilliyə nail olmaq və onu hər addımda möhkəmləndirmək ölkəmiz üçün olduqca böyük uğurdur. Təbii ki, hadisələrin gedişi bir tərəfdən Azərbaycan dövlətinin öz iqtisadi gücünü artırması ilə müşayiət edilirsə, bir tərəfdən ölkəmizin yalnız inkişaf və tərəqqi xətti ilə irəlilədiyini göstərirsə, digər tərəfdən də haqqlı tərəfdə olduğumuzun da açıq isbatına çevrilir. Ancaq bütün hallarda dünyanın inkişaf etmiş və bu inkişafda davamlılığı və xalqının rifahını hədəfləmiş ölkələrinin diqqətini çəkməklə, onların etibarlı və inandığı tərəfdaş və dost qəbul etdiyi dövlət kimi formalaşmışdır. Artıq sübut olunmuşdur ki, Azərbaycan dövləti münaqişə istəməyən, sülh tərəfdarı olan, uzun illərdir ki, torpaqları işğala məruz qalan, bununla da münaqişədən əziyyət çəkən ölkədir. Sübut olunmuşdur ki, Azərbaycan dövləti güclü, eləcə də torpaqlarını qətiyyətlə azad etməyə qadir Milli Orduya sahibdir, ancaq yenə də sülhə önəm verən ölkədir. Sübut olunmuşdur ki, Azərbaycan dövləti özünün və beynəlxalq hüququn bütün normalarına hörmətlə yanaşmağı bacaran ölkədir. Məhz bütün bunlar ölkə rəhbərinin zəngin siyasi, idarəçilik və dövlətçilik təcrübəsinin ifadəsi olmaqla, ölkəmizi zirvələrdən zirvələrə yüksəldən ən mühüm meyarlardır. Təsadüfi deyildir ki, hazırda beynəlxalq təşkilatların ölkəmizin haqq səsinə səs verməsində, müəllifi olduğu yaradıcı ideyalara və təşəbbüslərə dəstək olmasında, regionda və dünyada söz sahibi kimi daha da möhkəmlənməsində, öz mövqeyini gücləndirməsində, etibar qazanmasında məhz bu göstəricilər də yer almaqdadır. Buna görə də Azərbaycan dövlətinin iqtisadi inkişaf sahəsindəki uğurları Dağlıq Qarabağ münaqişəsinin məhz ölkəmizin ərazi bütövlüyünün bərqərar edilməsi fonunda həllini zəruri etməkdədir. Ölkə başçısı bununla əlaqədar buyurmuşdur: Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir.
Bu da öz tarixi, iqtisadi, sosial, hətta diplomativ təminatını 1994-cü il sentyabr ayında imzalanmaqla tarixə haqlı olaraq Heydər Əliyevin neft strategiyası kimi düşən “Əsrin Müqaviləsi” ilə tapmışdır. Müqavilənin imzalanmasında iştirak edən hər bir dövlət ümummilli lider böyük Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi qarşısında məsuliyyətlərini hiss edərək müqaviləyə imza atmaqla Azərbaycanın haqq səsinə səs verdilər, iqtisadi və siyasi müstəqilliyini tanıdıqlarını, eləcə də onun suverenliyinə dəstək oluqlarını bildirdilər, torpaqlarının işğal altında qalmasına ciddi etirazlarını ifadə etdilər. Təbii ki, bu siyasət indi də ölkə başçısı tərəfindən eyni qətiyyətlə davam etdirilməkdədir.
Əlbəttə ki, müasir müstəqillik illərinin başlanğıcından etibarən əldə edilən hər bir uğur hazırkı dövrdə də milli iqtisadiyyatın perspektivləri baxımından da çox ciddi baza yaratmışdır. Məhz bu əsasda Azərbaycan dövlətinin:
- dünyaya, sülh və inkişaf axtarışında olan hər kəsə öz qapılarını açdığını;
- beynəlxalq iqtisadi münasibətlərin hərəkətverici qüvvəsinə çevrildiyini (bunu dünya miqyaslı və strateji əhəmiyyətli tədbirlərə ev sahibliyinin edilməsi də göstərməkdədir);
- neft sektorundan səmərəli istifadə etdiyini və bu əsasda da qeyri-neft sektoru üçün perspektivlərin düzgün və uzaq gələcək üzrə müəyyənləşdirdiyini;
- regional inkişaf sahəsində qarşıya qoyduğu məqsədlərinə qətiyyətlə çatdığını;
- milli iqtisadiyyat üzrə prioritetlərin düzgün müəyyənləşdirilməsi sahəsindəki üstünlüklərini və bu kimi çoxşaxəli nailiyyətlərini göstərə bilərik.
Təbii ki, bunlar Azərbaycan Respublikasının yaxın, orta və uzaq gələcək üzrə hədəflərini daha da dəqiqləşdirməyə imkan verməkdədir. Bunu cari ilin ötən doqquz ayının sosial-iqtisadi inkişafı üzrə göstəriciləri də təsdiqləyir. Diqqət edəndə aydın olur ki, geridə qalan dövrdə ölkədə əsas nailiyyətlər makroiqtisadi prioritetləri əhatə edir və onu daha da stimullaşdırır. Belə ki, davam edən islahatlar fonunda qeyri-neft sektorunun, sənayeləşmə siyasətinin, eləcə də ölkənin müasir strateji hədəflərinin gerçəkləşməsindəki digər üstünlükləri bunu göstərməkdədir. Ölkə başçısı bu inkişafı dəyərləndirərək demişdir: 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Hesab edirəm ki, ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Bu bir həqiqətdir ki, ölkə iqtisadiyyatı həm də çoxşaxəliliyi ilə daha çox önəm qazanmaqdadır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının düzgün və səmərəli icra olunması Azərbaycanda iqtisadiyyatın aparıcı sahələrinin bir-biri ilə əlaqəli inkişafını təmin edilmişdir. Ərazilərin təbii, iqtisadi və coğrafi potensialının düzgün qiymətləndirilməsi, onun ixtisaslaşdırılması və əmək ehtiyatlarından məhsuldar istifadənin təmin edilməsi ilə ictimai istehsalın stimullaşdırılması kimi aktual məsələlər məhz həmin tədbirlərin nəticəsi olaraq ifadə edilə bilər. Bu isə imkan vermişdir ki, iqtisadiyyatın bütün sahələri üzrə səmərəli və dayanıqlı məşğulluq göstəriciləri təşəkkül tapa bilsin. Elə bunun özü də heç şübhəsiz milli iqtisadiyyatın perspektivlərinə hesablanmaqla onun sosiallaşma hədəflərini dolğun ifadə edə bilmişdir. Nəticədə isə ölkədə sağlam fəaliyyət mühiti yaradılmış, əhalinin alıcılıq qabiliyyəti yüksəlmiş, iqtisadi və bazar tarazlıqları təmin edilmiş, maliyyə siyasəti özünün səmərəli göstəricilərilə müşayiət edilmişdir. Təbii ki, bu amil isə ölkənin makroiqtisadi potensialının daha mütərəqqi əsaslarla qorunmasına şərait yaratmışdır. İclasda ölkə başçısının da qeyd etdiyi kimi kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir. İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni gəlirlər inflyasiyanı üstələyir. inflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.
Bu bir daha göstərir ki, Azərbaycan Respublikası qarşı qoyduğu bütün məqsədlərinə tam şəkildə çata bilir. Güclü iradə, xalqla dövlət birliyinin daha da möhkəmlənməsi, yüksək təcrübəyə söykənən idarəetmə, düşünülmüş qərarların həm də vaxtında verilməsi və onlara nəzarətin təşkili məsələləri ölkəni öz hədəflərinə doğru uğurlarla aparmaqdadır. Əhalinin bütün təbəqələrinin dövlətin sosial siyasətindən, gerçəkləşdirdiyi layihələrindən və proqramlarından yetərincə bəhrələnməsi dövlətin bu sahədəki tədbirlərinə etibarlı dayaqlar kimi formalaşmaqdadır. Məhz bu amil ölkə daxilində sosial-iqtisadi inkişafın sürətlənməsinə öz töhfələrini verməklə, xarici sferada milli-iqtisadi maraqların qorunması sahəsindəki üstünlüklərinin əhatə dairəsini daha da genişləndirməkdədir. Artan güc və etibarlı potensial isə ölkə iqtisadiyyatının bütün dövlər üçün istinad yerinə çevrilməkdədir. Artıq Azərbaycan dövləti bu potensialla:
- dünyanın neqativ proseslərinə qarşı müqavimət gücünü daha da artırmaqdadır;
- regionda və dünyada yaradıcı təşəbbüslərin müəllifi olaraq daha böyük hörmət qazanmaqdadır;
- mövcud iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq, islahatları daha mütərəqqi əsaslarla davam etdirməkdədir;
- sülh, təhlükəsizlik, inkişaf, tərəqqi və humanizm tərəfdarı olması ilə regiona və bütövlükdə dünyaya öz dəyərlərini bəyan etməkdədir;
- təbii ki, artan nüfuzu və təcrübəli rəhbərinin sayəsində ulu öndərin görmək istədiyi inkişaf səviyyəsinə doğru inamla və qətiyyətlə yüksəlməkdədir.
Və təbii ki, ölkə başçısının müdrikcəsinə ifadə etdiyi kimi:
Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir
.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib
13.11.2018
İqtisadiyyat naziri: Qeyri-neft sektorunun 3,9 faiz artacağı proqnozlaşdırılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info