Rektor Elmar Qasımov 26 Prezident təqaüdçüsü ilə görüşüb
Tarix: 17.10.2018 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 2018-ci ildə qəbul olmuş Prezident təqaüdçüləri ilə görüş keçirib. Ölkədə bu il I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfərin hər biri ilə yaxından tanış olan rektor tələbələri BANM-a daxil olmaqları münasibətilə ürəkdən təbrik edib. Rektor qeyd edib ki, 17 yaşında Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanına düşmək hər bir gənc üçün böyük uğur və fəxrdir. “Bu adı layiqincə daşımaq sizin öz əllərinizdədir. BANM olaraq biz sizin hərtərəfli yetişməyinizdə maraqlıyıq və bunun üçün əlimizdən gələni edəcəyik.” – deyə Elmar Qasımov bildirib. Ali Məktəbin 2018-ci il Prezident təqaüdçülərinin 13-ü “İnformasiya təhlükəsizliyi”, digər 13-ü isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alacaqlar. Prezident təqaüdünə layiq görülən 26 nəfərin 13-ü 700 bal, qalan 13-ü isə 695 bal toplayıb. Prezident təqaüdçülərinin 6-sı qız, 20-si isə oğlandır. Qeyd edək ki, BANM bu il ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Aİİ-də “İslam ənənəsində mötədillik” mövzusunda seminar keçirilib
14.11.2018
Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib
14.11.2018
Ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib
14.11.2018
Bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququ verildi
14.11.2018
“Folklor və Magiya“ kitabı işıq üzü görüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info