Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
Tarix: 17.10.2018 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


QHT-lərin əsas fəaliyyəti dövlətin həyata keçirmək istədiyi, amma müəyyən mənada ictimai dəstəyə ehtiyac duyduğu bəzi mənəvi məsələlərin həllinə kömək göstərməkdir. Hər il həm Şuraya ayrılan maliyyə vəsaitləri artırılır, həm də təsisatın funksionallığının gücləndirilməsi üçün müvafiq addımlar atılır. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə Şəmkir şəhərində keçirilən tədbirdə səsləndirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şuranın rəsmiləri, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonda fəaliyyət göstərən QHT-lərin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov son illərdə rayonda bir sıra ictimai birliklərin təsis edilməsini şəmkirlilərin ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işinə töhfəsi kimi dəyərləndirib. Bildirilib ki, Şəmkirdə bir sıra ictimai əhəmiyyətli mənəvi məsələlərin həllinə kömək olmaq və mental dəyərlərin qorunması məqsədilə Ağsaqqallar Şurası təsis edilib. Sonradan Ağsaqqallar Şurasının fəaliyyəti genişləndirilərək rayon üzrə hər bir kənddə belə şuralar yaradılıb. Həmçinin gənclərin vətəndaş cəmiyyəti quruculuğu sahəsindəki fəaliyyətlərini artırmaq məqsədilə rayonda “Gənc müəllimlər”, “Gənc həkimlər”, “Gənc tərbiyəçilər” ictimai birlikləri təsis edilib. Həmin ictimai birliklərin fəaliyyətini koordinasiya etmək məqsədilə “Böyük yol” Gənclər İctimai Birliyi yaradılıb. Hazırda Şəmkirdə dövlət və beynəlxalq əhəmiyyətli bütün mühüm tədbirlərdə bu ictimai birliklərin yaxından iştirak etdiklərini və təşəbbüslər irəli sürdüyünü deyən Alimpaşa Məmmədov bildirib ki, rayonda gənclərin bu cür fəaliyyəti bundan sonra da dəstəklənəcək.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun Şuranın fəaliyyətə başlamasının 10-cu ildönümü, həmçinin cəmiyyətin inkişafında QHT-lərin rolu barədə məruzəsi dinlənilib.
Bildirilib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın çoxşaxəli inkişaf konsepsiyasının tərkib hissəsi olaraq dövlətimizin siyasi iradəsini və inkişafını dünyaya nümayiş etdirən təsisatlardan biridir.
Azərbaycandakı QHT-lərin 2007-ci ilə qədər tam olaraq xarici donorlardan asılı vəziyyətdə olduğunu deyən Fərasət Qurbanov qeyd edib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə ölkəmizdəki QHT-lərin bu asılılığı tamamilə aradan qaldırılıb və onların potensialı ümummilli və dövlət maraqlarına yönləndirilib. Həmçinin xarici donorlardan fərqli olaraq milli maraqlara xidmət göstərən, dövlətçilik ənənələrini qoruyan və təbliğ edən, eləcə də imtiyazlı ailələrlə, şəhid ailələri və müharibə veteranları ilə çalışan QHT-lərin layihələri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib.
Eyni zamanda, son 10 ildə QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində geniş iş aparılıb. Şuranın təşəbbüsü ilə 5 qanun layihəsi hazırlanıb. “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri qəbul olunub və hazırda da uğurla icra edilir. “İctimai iştirakçılıq haqqında” qanununda irəli gələrək bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılıb.
Fərasət Qurbanov Şəmkir Rayon İcra Hakimiyyətində İctimai Şuranın yaradılmasını bu rayonda QHT-lərin və gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğı kimi dəyərləndirib. Bildirilib ki, rayon icra hakimiyyətinin dəstyi ilə Şəmkirdə qısa müddətdə bir neçə QHT təsis edilib. Həmçinin gənclərin bu istiqamətdəki işi ictimaiyyətdə geniş təbliğ və təşviq olunur.
Rayondakı bəzi məsələlərin həllində ictimaiyyətin köməyindən istifadə olunması, Şəmkirdə Ağsaqqalar Şurası ictimai institutunun formalaşdırılması, onun fəaliyyətinin ictimai rəy kimi irəli çəkilməsi, habelə bir çox mental dəyərlərin qorunmasında bu təsisatın inkişaf etdirilməsi mühüm hadisə kimi qiymətləndirilib.
Katibliyinin icraçı direktoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 il ərzində beynəlxalq aləmdə gördüyü işlərdən də danışıb.
Vurğulanıb ki, Şuranın yaradılması ilə bir sıra məsələlərin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyanın hər bir tərəfinə çatdırılması üçün QHT-lər hərtərəfli fəaliyyət göstəriblər.
Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətə ictimai dəstək olaraq respublikamızda fəaliyyət göstərən QHT-lər dünyanın əksər ölkələrində Qarabağ problemi, Xocalı soyqırımı, bir sözlə, ümummilli məsələlərin geniş ictimaiyyətə çatdırılması üçün maarifləndirici tədbirlər təşkil ediblər. Bununla yanaşı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə dövlətimiz 500-dən çox QHT-nin məhz milli maraqlara xidmət edən layihələrinə dəstək olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info