Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 17.10.2018 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında fəaliyyət üçün çərçivə sənədi imzalanıb.
Nazirlikdən bildirilib ki, sənədi Azərbaycan tərəfindən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən isə “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb. Energetika Nazirliyi “Masdar” şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpaolunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpaolunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.
Qeyd edək ki, “Masdar” bərpaolunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpaolunan enerji layihələri həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info