“Mastercard” Azərbaycan banklarını mükafatlandırıb
Tarix: 17.10.2018 | Saat: 15:10:00 | E-mail | Çapa göndər


Bakıda “Mastercard” beynəlxalq ödəniş texnolgiyaları şirkətinin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşları ilə görüşü keçirilib. Artıq üçüncü ildir ki, keçirilən tədbir zamanı innovasiyalar və rəqəmsal texnologiyaların inkişafı mövzuları müzakirə edilr və Azərbaycandakı tərəfdaşlar üçün mükafatlandırma mərasimi təşkil olunur.
Tədbirdə açılış nitqi ilə çıxış edən "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar sürətlə inkişaf edən Azərbaycan bazarının şirkət üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və "Mastercard"ın bu bazarda uzunmüddətli öhdəliyinə sadiq qalacağını qeyd edib.
Daha sonra "Mastercard"ın Azərbaycan və Türkiyə üzrə marketinq üzrə direktoru Ceren Türkben Kaya "Rəqəmsal müştərilərlə necə əlaqə qurmalı" mövzusunda təqdimatla çıxış edib.

Sabancı Universitetinin baş professoru və bir çox mühüm təşkilatların müşaviri Özgür Demirtaş isə qlobal iqtisadiyyatların sürətlə dəyişən paradiqmalarından, maliyyə dünyasının gələcəyindən və yaxın zamanda tətəbiq olunacaq yeni texnologiyalardan danışıb.

Görüş bankların 2017-ci ildə fəaliyyətlərinə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi ilə davam edib.
Belə ki, “Platinum”, “Black Edition” və “World Elite” kartlarının sayını ən çox artıran bank – “Expressbank”, “Gold” və “Standard” kartlarının sayını ən çox artıran bank – “Unibank, “Debit Mastercard” kartlarının sayını ən çox artıran bank – “Kapital Bank”, “Debit Mastercard” kartlarının sayını nisbət olaraq ən çox artıran bank – Azərbaycan Beynəlxalq Bankı, ən kreativ və innovativ “Mastercard” məhsulunu və ya xidmətini təklif edən bank isə – “Bank of Baku” olub. Digər banklar da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info