UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub
Tarix: 17.10.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


“Mektebgushesi.az” təhsil portalının Azərbaycanın ali təhsil müəssisələri arasında “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” mövzusu üzrə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Abituriyentlərin universitet seçimi dönəmində təşkil olunan sorğuda, əsasən valideyn və abituriyentlər iştirak edib. Ölkənin 43 ali təhsil müəssisəsinin təmsil olunduğu sorğunun nəticələri 27.431 respondentin səsverməsinə uyğun müəyyənləşib. “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə keçirilən sorğuda UNEC 8311 səslə birinci olub. Diplomun təqdimolunma mərasimində “mektebgushesi.az” təhsil portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli, təhsil üzrə ekspertlər professor Şahlar Əsgərov və Nadir İsrafilov iştirak edib. UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə təhsil ekspertləri universitetdə son illər həyata keçirilən yeniliklərdən bəhs ediblər. UNEC-in qısa zamanda ölkənin ən innovativ ali təhsil müəssisəsinə çevrildiyindən söz açan qonaqlar, bu nailiyyətlərin sorğunun nəticəsində də özünü göstərdiyini xüsusi vurğulayaraq, son 4 ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların universitet seçimində UNEC-ə üstünlük verməsini yüksək qiymətləndiriblər. Görüşdə M.Məmmədli sorğunun keçirilməsinin əsas məqsədinı açıqlayaraq, səsvermənin monitorinqi, ekspert rəyləri və nəticələr barədə ətraflı məlumat verib.
“Hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır” deyə bildirən Ə.Muradov bu istiqamətdə atılan addımların davam edəcəyini və qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına əminliyini ifadə edib. Rektor təhsilin inkişafına yönəlik sorğuların təşkilinə görə təhsil portalının rəhbərinə və təhsil ekspertlərinə təşəkkürüni bildirib. Sonra UNEC-in rektoruna “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyalı sorğunun diplomu təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Aİİ-də “İslam ənənəsində mötədillik” mövzusunda seminar keçirilib
14.11.2018
Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib
14.11.2018
Ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququ verilib
14.11.2018
Bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququ verildi
14.11.2018
“Folklor və Magiya“ kitabı işıq üzü görüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info