Türkiyəli teatr xadimləri Musiqili Teatrda
Tarix: 17.10.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Türkiyənin Kocaeli Universitetinin Səhnə Sənətləri Bölümünün rəhbəri, professor Sema Göktaş və həyat yoldaşı - “Yeni Tiyatro” dərgisinin təsisçisi və baş redaktoru, doktor Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında olublar.
Qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova qəbul edib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə və Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mətanət Nəsirova da iştirak ediblər. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib, Türkiyəli sənətkarlar Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə burada aparılan mükəmməl təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar. Teatrın repertuarında olan tamaşalarla maraqlanan Sema və Erbil Göktaşlar Musiqili Teatrın möhtəşəm səhnəsində milyonların sevimli gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gun qalmış” (Ə.Səmədli, quruluşçu rejissor Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) tamaşasına baxıblar. Bu səhnə əsərinin quruluşunu çox bəyənən hər iki tanınmış qonaq heyranlıqlarını gizlətməyiblər, növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildiriblər. Türkiyəyə dönərkən onlar Musiqili Teatrla bağlı təəssüratlarını qələmə alacaqlarını, həmçinin, yaxın gələcəkdə Azərbaycanın görkəmli teatr xadimlərinin, teatrşünaslarının yazılarını böyük məmuniyyətlə öz dərgilərində görmək istədiklərini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info