Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
Tarix: 17.10.2018 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


20 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) tamaşası oynanılacaq. İlk dəfə 29 may 2010-cu ildə göstərilən bu səhnə əsərinin 50-ci nümayişi görkəmli yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin 80 illik yubileyi münasibətilə təqdim olunacaq.
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamaldır. Əsərin ən böyük özəlliklərindən biri də günümüzlə səsləşməsi və aktuallığıdır. Tamaşanın maraqlı və rəngarəng süjet xətti var: Hər bir valideyn övladının xoşbəxtliyini istəsə də, bəzilərinə elə gəlir ki, xoşbəxtlik təkcə var-dövlət sahibi olmaqdadır. Əsərin qəhrəmanı olan ana – Tünzalə xanım da bu cür yanlış düşüncədə olan insanlardandır. O qızını varlı, malı-dövləti olan birisinə ərə vermək istəyir. Qızı Reyhan isə başqa birisini – ingilis dili müəllimi olan Kamranı sevir. Reyhan anasının onun kasıb bir müəllimlə evlənməsinə heç cür razı olmayacağını görüb Kamranla birgə Tünzalə xanım üçün oyun qururlar. Məzhəkə dolu tamaşada gənclərin sevgisinin qarşısını heç bir qüvvə kəsə bilmir.
Musiqisi bəstəkar, Xalq artisti Ramiz Mirişli olan səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva və Eleanora Mehdiyeva ifa edəcəklər.

Tural





 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Moskvada Osman Eyyublunun konserti olub
19.03.2019
Fransada Alim Qasımovun diskinin təqdimatı olub
18.03.2019
TWESCO Nəsiminin 650, Naxçıvan Müqaviləsinin 10 illiyini qeyd edir
16.03.2019
Litvada Azərbaycan muğam triosunun konserti olacaq
16.03.2019
Bakıda “Nikah müqaviləsi” tamaşasının nümayişi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info