Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib
Tarix: 17.10.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, QSC-nin baş direktoru Taleh Ziyadov Çində keçirilən İpək Yolu Biznes Sammitində iştirak edib. İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkil etdiyi sammitdə Taleh Ziyadov “Bir Kəmər - Bir Yol” layihəsi çərçivəsində ticarətin təşviq edilməsi məqsədilə beynəlxalq nəqliyyat dəhlizinin birgə qurulması mövzusunda paneldə çıxış edib. Baş direktor Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanın və Bakı Limanının “Bir Kəmər - Bir Yol” meqalayihəsi çərçivəsində rolu, Limanda gedən müasirləşdirmə işləri haqqında sammit iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, cari ilin may ayında Ələt qəsəbəsində açılışı həyata keçirilən liman ən son texnoloji avadanlıqlarla təmin olunub, müasir tələblərə cavab verən əməliyyat sistemləri ilə işləyir. Bu proqramlar yük sahiblərinə imkan verir ki, onlayn rejimdə yükün yerini və statusunu izləyə bilsin. Ümumiyyətlə isə xüsusi olaraq vurğulanıb ki, “Bir Kəmər - Bir Yol” layihəsi çərçivəsində bütün marşrutların tam dijital formata keçirilməsi ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Qeyd edək ki, sammitdə 400-ə qədər müxtəlif ölkənin hökumət nümayəndələri, səfirlər, BMT və digər beynəlxalq təşkilatların, beynəlxalq şirkət nümayəndələri və mütəxəssislər iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info