Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Tarix: 17.10.2018 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Ermənistan rəhbərliyi təxribatçı əməllərini, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalı və xalqı sülhə hazırlamalıdır

Ermənilərin “Qrapark” nəşrinin yazdığına görə, son zamanlar ölkənin daxili polis bölmələrində xidmət edən polislər arasında narazılıq artmaqdadır. Belə ki, Ermənistanda şəhər və qəsəbələrdə çalışan polis əməkdaşları yeni şərtlərə uyğunlaşa bilməyəcəklərini iddia edirlər. Xatırladaq ki, bu ilin avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyan daxili polis əməkdaşlarının 15 gün müddətinə Ermənistan-Azərbaycan sərhədində xidmət etmələri üçün göstəriş verib. Lakin maraqlıdır ki, Paşinyanın bu göstərişi daxili polis əməkdaşları üçün o qədər də ürəkaçan olmayıb. Onlar Ermənistan-Azərbaycan sərhədinin təhlükəli ərazilərində xidmət etməkdən imtina etmək üçün müxtəlif variantlara əl atmaq məcburiyyətində qalıblar.
Ermənilərin «Aysor» saytının yazdığına görə, artıq daxili polis bölmələrində xidmət edən polis əməkdaşları kütləvi şəkildə rəhbərliklə bağladığı müqaviləni ləğv etdirərək orqandan xaric olunmağı özləri üçün «nicat yolu» seçiblər. Qəribədir ki, onlar sərhəddə edəcəkləri xidmət müqabilində alacaqları əlavə 32 min dramdan da imtina edirlər.
Maraqlıdır, erməni polislərini bu addamı atmaqdan çəkindirən nədir? Təbii ki, ilk olaraq, qorxu hissi. Qeyd edilməlidir ki, hələ ötən əsrin birinci dövründə erməni mühitinə düşən rus yazar, podpolkovnik Tverdoxlebov ermənilərə yaxından bələd olduqdan sonra yazırdı: «Mənfur ermənilər döyüş meydanındakı əsl əsgərlərdən qorxaqcasına qaçırlar, əsasən, qocaların, qadınların, uşaqların və əliyalın insanların üstünə kütləvi hücumlarda «mərd» və «cəsurdurlar». Əslində, bu, doğrudan da, belədir. Təsadüfi deyil ki, qəribə də olsa, bunu erməni tarixçilərindən olan Qevorq Aslan da etiraf etmək məcburiyyətində qalıb. Xalqının vətənpərvərlik hissindən uzaq olduğu barədə yazan erməni tarixçi onların «bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyasını»n da cəfəngiyyatdan başqa, bir şey olmadığını bildirmişdi. Məhz bu mənada erməni polislərinin etirazları da başadüşüləndir. Çünki onların arasında da işğal edilib «erməni torpağı» kimi qələmə verdikləri ərazilərdən nə vaxtsa çıxacaqlarını anlayanlar var. Məhz bu mənada vətənpərvərlikdən məhrum hər hansı bir erməni polisinin işğal edilmiş qonşu ölkə torpaqlarında «vətənpərvərlik» nümayiş etdirmək istəyi inandırıcı görünmür. Sərhəddə xidmətdən imtina edən polislər anlayırlar ki, işğal olunmuş torpaqlar onların deyil, gec-tez əsl sahiblərinə qaytarılmalıdır.
Erməni polisini qorxuya salan basqa amillər də var. Əvvəla, onu qeyd edək ki, Prezident İlham Əliyevin qəti, əzmli və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir. Bunu təsdiqləyən bəzi faktları xatırladaq. Belə ki, bu ilin iyulunda dövlət başçısının və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraq və dəyərlər, həmçinin bir-birlərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar. Bu ilin iyulunda NATO üzv dövlətlərinin Brüssel zirvə toplantısının yekununda qəbul edilən bəyanatda növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edilib. Almaniyanın baş naziri Angela Merkel bu ilin yayında Azərbaycana səfəri əsnasında dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında Almaniyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Nəzərə almaq lazımdır ki, Almaniya ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir. Almaniya Federativ Respublikası hökuməti Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında “AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab edir və AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır”,- deyə bəyanatla çıxış etdi. Ermənistan cəmiyyətini narahat edən və polisini də qorxuya salan bu faktların sayını artırmaq olar. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun aktı təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub. Beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyinə və Azərbaycanın nümayiş etdirdiyi konstruktivliyə və xoş niyyətə baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Son günlərdə işğal olunmuş ərazilərə təşkil olunmuş qeyri-qanuni səfərlər, Kəlbəcərdə Sidney qəsəbəsinin salınması və Araz çayı boyunca işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə niyyətlər bunu açıq şəkildə nümayiş etdirir. Ermənistan rəhbərliyi bu kimi təxribatçı əməllərini, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalı və xalqı sülhə hazırlamalıdır. Sülhə hazırlıq isə, ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir
22.10.2018
Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info