Xarici casus həbs edildi – Dövlət Təhlükəsizliyi Xidmətindən əməliyyat
Tarix: 18.10.2018 | Saat: 11:10:00 | E-mail | Çapa göndər



Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, DTX və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Həmçinin müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplamış, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.
Hazırda araşdırmalar davam edir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
22.01.2019
Prezident Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
22.01.2019
Tərkibində qlüten olan çörək ziyanlıdırmı?
22.01.2019
Apreldə ixrac missiyası Latviya və Qətərə gedəcək
22.01.2019
Bu günün havası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info