102 İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər isə minik avtomobili ilə təmin edilib
Tarix: 18.10.2018 | Saat: 11:45:00 | E-mail | Çapa göndər


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib. Nazir alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.
S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu kateqoriyadan olan 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir. Onların pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb.
Nazir müharibə veteranlarının sanatoriya-kurort müalicəsinin təşkili, əlilliyi olanların reabilitasiya məmulatları ilə təmin edilməsi, tənha ahılların sosial xidmətlə təminatı, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsi və reabilitasiyası sahəsində aparılan işləri qeyd edib. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib.
C.Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin önəmini diqqətə çatdırıb.
Dünya Veteranları Fedarasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Fedarasiyası “Unudulmaz Yaddaş” Xeyriyyə fondunun direktoru, “Qələbə Vərəsələri” Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxlaq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info