“Dünya Bankı ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb”
Tarix: 18.10.2018 | Saat: 11:56:00 | E-mail | Çapa göndər


Əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb


İnsan kapitalının inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət
imkanları nəzərdən keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı Ölkə Ofisinin rəhbəri Navid Həsən Naqvi ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, qarşıda duran planlar və strateji prioritetlər, habelə nazirliyin tabeliyində yeni “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə sahəsində Dünya Bankı ilə nazirlik arasında konkret fəaliyyət istiqamətləri üzrə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını deyib. O həmçinin Dünya Bankının “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya Layihəsi”nin əhəmiyyətini diqqətə çatdırıb. S.Babayev bu layihənin inklüziv iş yerlərinin yaradılması üçün imkan və çağırışların müəyyən olunmasına, iş yerləri ilə bağlı strategiyanın yaradılmasına dəstək olduğunu bildirib, eləcə də yeni Məşğulluq Strategiyasının hazırlanmasında göstərilən dəstəyi qeyd edib. Nazir birgə işlərin müvafiq sahələrdə aparılan islahatlara uyğun yeni vacib istiqamətlər üzrə davam etdirilməsi və genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
N.H.Naqvi Dünya Bankının İnsan Kapitalı qlobal layihəsi barədə məlumat verib, layihədə məqsədin inklüziv və dayanıqlı inkişafın təmin olunması üçün insan kapitalının inkişafının aktivləşdirilməsi olduğunu deyib.
O, bununla əlaqədar Dünya Bankı Qrupunun gələcək nəslin insan kapitalının inkişafına sərmayə qoyuluşunun əsaslandırılması məqsədilə İnsan Kapitalı İndeksini hazırladığını, insan kapitalının formalaşdırılmasına sərmayə qoyuluşunun artırılması məqsədilə qiymətləndirmənin və təhlilin təkmilləşdirilməsində ölkələrə dəstək göstərildiyini qeyd edib.
Görüşdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, qeyd olunan layihə çərçivəsində insan kapitalının inkişaf etdirilməsi sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info