Azərbaycan və Çin musiqiçiləri arasında təhsil əlaqələri inkişaf etdiriləcək
Tarix: 18.10.2018 | Saat: 11:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ADU-dan bildirilib ki, müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan və Çin musiqiçilərinin ikitərəfli yaradıcılıq əməkdaşlığının inkişaf etdirilməsi, peşəkar musiqiçilər və ifaçılar hazırlamaq sahəsində təhsil əlaqələrinin aktivləşdirilməsi, iki xalqın musiqi irsini öyrənmək istiqamətlərində tədqiqatların aparılmasıdır.
Tədbirdə BMA-nın rektoru Fərhad Bədəlbəyli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan xalqının musiqi mədəniyyəti ənənələrinin qorunması və yaradıcı inkişafı istiqamətində fəaliyyəti haqqında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsuna məlumat verib.
Azərbaycanda musiqi təhsilinin inkişafından məmnun olduğunu bildirən Çin səfirinin müavini iki ölkə arasında musiqi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Mərasimdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov musiqi sənəti sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışıb. O, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətindən danışıb.
Daha sonra qonaqlar pianist Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivinin ifasında Çin klassik musiqisi konsertini izləyiblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
19.03.2019
ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib
19.03.2019
Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019
Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
18.03.2019
Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info