Çində Kəmər və Yolun Enerji Tərəfdaşlığı Bəyannaməsi imzalanıb
Tarix: 18.10.2018 | Saat: 14:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat layihələri, eləcə də Ələt Beynəlxalq Dəniz Limanı ilə “Bir Kəmər - Bir Yol” təşəbbüsünə töhfələr verir

Energetika naziri Pərviz Şahbazov Çində keçirilən “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib. Nazirlikdən bildirilib ki, nazir çıxışında Çin və Azərbaycanın tarixi İpək Yolunun bərpası ilə qitələr və sivilizasiyalar arasında birləşdirici missiya yerinə yetirdiyini, Cənub-Şərqi Asiya, Afrika və Şərqi Avropanı əhatə edən böyük bir coğrafiyada “Bir Kəmər - Bir Yol” təşəbbüsünün yeni əməkdaşlıq modeli formalaşdırdığını bildirib. Azərbaycanın Bakı-Tbilisi-Qars, Şimal-Cənub kimi böyük nəqliyyat layihələri, eləcə də Ələt Beynəlxalq Dəniz Limanı ilə “Bir Kəmər - Bir Yol” təşəbbüsünə töhfələr verdiyini vurğulayan energetika naziri bu layihələrin reallaşmasına məhz ölkənin enerji siyasətinin dəstək verdiyini qeyd edib. Ölkənin enerji potensialı və reallaşdırılan layihələrdən, eləcə də Xəzərlə yanaşı, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara ixracına imkan yaradan neft-qaz infrastrukturlarının yaradılmasından bəhs edilib. P.Şahbazov deyib: “Çinlə bərabər “Bir Kəmər – Bir Yol” layihəsinin digər əksər üzvləri ilə enerji sahəsində bir çox istiqamətlər üzrə mövcud əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik. Çünki Azərbaycanın enerji layihələri ilə yeni bazarlara çıxış və yeni ixrac marşrutları qazanmaq olar. Azərbaycan əməkdaşlıq vasitələri kimi enerji resurslarını, bərpaolunan enerji potensialını, tranzit imkanlarını, neft-qaz emalı, neft-kimya sektorunda birgə layihələr təklifini təqdim edə bilər”. İlk dəfə keçirilən Energetika Nazirlərinin Konfransında enerji sahəsində investisiyaların sadələşdirilməsi, gələcəyin enerjisi və enerji məhsullarının maneəsiz ticarəti mövzularında müzakirələr aparılıb. Konfransın yekununda “Kəmər və Yolun Enerji Tərəfdaşlığının Qurulmasına dair Nazirlərin Birgə Bəyannaməsi” imzalanıb. Bəyannamədə ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri və dayanıqlı inkişafla bağlı çağırışların birgə əməkdaşlığı aktuallaşdırdığı, “Bir Kəmər – Bir Yol” təşəbbüsünün beynəlxalq əməkdaşlıq üçün açıq və inklüziv platforma kimi yeni imkanlar yaradacağı qeyd olunub. Kəmər və Yolun Enerji Tərəfdaşlığının yaradılmasına dəstək ifadə olunub. Sənəddə, həmçinin bu tərəfdaşlığın, iştirakçı ölkələr arasında enerji sektorunda ümumi inkişaf və tərəqqiyə məsləhətləşmə və əməkdaşlıq vasitəsilə birgə nail olmaq prinsipinə əsaslanacağı əks olunub. Qeyd edək ki, “Bir Kəmər – Bir Yol” təşəbbüsü Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülüb. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan da bu təşəbbüsə dəstəyini ifadə edib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info