“Şəhidlik mənəvi dəyər kimi”
Tarix: 18.10.2018 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəlilabad rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov şəhidlik və onun mahiyyəti ilə bağlı təşkil edilən silsilə tədbirlərin ölkəmizin mənəvi mühitinə müsbət təsir göstərdiyini qeyd etdi.
Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında geniş məlumat verdi. C.Əliyev bu gün Müstəqillik gününün qeyd edildiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin hər gün daha da gücləndiyini diqqətə çatdırdı. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən İcraçı direktor müavini şəhidliyin mahiyyəti haqqında da danışdı.
Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Anar Əliyev şəhidliyin milli-mənəvi şüurumuzdakı yeri və dini düşüncədə olan məqamı haqqında məruzə ilə çıxış etdi.
Seminarda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov İslam dinində şəhidlərə böyük hörmət və ehtiram olduğunu bildirdi.
Sonda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunduğu və mütəmadi xarakter daşıdığını vurğuladı. Tədbirin yekununda dini icma sədrləri çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info