Samsunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans keçirilib
Tarix: 18.10.2018 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Türkiyənin Samsun şəhərində yerləşən On Doqquz May Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, On Doqquz May Universitetinin rektoru Sait Bilgiç çıxış ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli yol, süqutunun səbəbləri, o cümlədən XX əsrin sonunda dövlət müstəqilliyinin bərpası və Türkiyə ilə yaranan yeni əlaqələrin inkişaf dinamikası barədə danışılıb. Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq münasibətlərinin müasir dövrdəki vəziyyəti, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr, qarşılıqlı sərmayə yatırma siyasəti yüksək dəyərləndirilib. Xəzər İbrahim Samsun şəhərinin rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə vurğulanıb ki, Sumqayıt və Samsunun qardaşlaşması iki şəhər arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsi üçün böyük imkanlar yaradır. Səfir Sumqayıt şəhərinin sənaye imkanları, o cümlədən son illər istifadəyə verilən yeni zavod və fabriklər barədə geniş məlumat verib.
Konfransda və görüşlərdə səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info