BANM-ın rektoru və tələbələri təltif olundular
Tarix: 18.10.2018 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin tələbələri "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tərəfindən Bakı Ali Neft Məktəbinə “İnterstellar” komandasının “Cansat Azərbaycan 2018” tələbə model peyk müsabiqəsində verdiyi dəstəyə görə xüsusi “Təşəkkürnamə” rektor Elmar Qasımova təqdim edilib. Müsabiqədə ikinci yerə layiq görülmüş BANM-ın 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə tərəfindən rəmzi plaket və sertifikatlarla təltif edilib. Tədbirdə çıxış edən Elmar Qasımov ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etdiyi peyk müsabiqəsində BANM-ın tələbələrinin ikinci yeri əldə etməsini böyük uğur adlandırıb. Rektor gənclərin inkişafında xüsusi rolu olan bu layihənin təşkil olunmasına görə Təhsil Nazirliyi və “Azərkosmos" ASC-yə təşəkkür edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info