Biləsuvarda Dövlət Müstəqilliyi Günü qeyd edilib
Tarix: 18.10.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Biləsuvarda Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsinin 27-ci ildönümünə həsr olunan yığıncaq keçirilib. Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Müstəqillik aktının qəbul edilməsinin tarixinə qısa nəzər salan rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. “Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan qısa müddətdə onu itirsə də, 90-cı illərdə yenidən istiqlalına qovuşdu” - deyən İcra Hakimiyyətinin başçısı bildirib ki, gənc müstəqil respublika çox keçmədən dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı. Ümummilli Liderin gərgin səyləri ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi. “Əsrin müqaviləsi” ilə respublikanın iqtisadi əsasları yaradıldı, siyasi islahatlar start götürdü, ordu quruculuğuna başlandı, demokratik parlament seçkiləri keçirildi, ilk Konstitusiya qəbul edildi. Çıxışlarda bildirilib ki, Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq birlikdə layiqli yer tutub, sosial-iqtisadi inkişafa nail olunub. Tədbir konsert proqramı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info