Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
Tarix: 18.10.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycanla Gürcüstan arasındakı tarixi qonşuluq və dostluq münasibətlərindən bəhs edib, bu münasibətlərin iki ölkənin rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini vurğulayıb.
Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.
Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük sistemində aparılan modernləşdirmə layihələri barədə məlumat verib. Qeyd edilib ki, məqsəd elektron xidmətlərin sayının və səviyyəsinin artırılması, “yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin genişləndirilməsi və şəffaflığın tam təmin olunması hesabına beynəlxalq ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməkdir. Bu isə Azərbaycanla yanaşı, Gürcüstanın da həm siyasi, həm də iqtisadi mövqeyinin və gücünün artmasına münbit şərait yaradır.
O da bildirilib ki, Avropa İttifaqının dəstəyi ilə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində görülən işlər, burada fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzi sərhədkeçmə prosesinin asanlaşmasına və təhlükəsiz şəkildə reallaşmasına imkan verəcək. Komitə sədri gələcəkdə iki ölkənin sərhədində inşa olunacaq və tarixi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək yeni gömrük-sərhəd buraxılış məntəqəsindən, burada hər iki ölkənin uyğun qurumlarının birgə nəzarət mexanizmindən də danışıb, yeni layihənin həm regionda, həm də beynəlxalq sferada ilklərdən olacağını məmnunluqla dilə gətirib.
Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi münasibətlərin daim yüksələn xəttlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.
Səfir iki ölkə arasında turizm sahəsində yeni layihələrin tətbiqinin vacibliyinə toxunub və bu istiqamətdə görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib. Azərbaycanın bütün sahələrdə daim Gürcüstanı dəstəklədiyi vurğulanıb və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info