Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
Tarix: 18.10.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda mövcud potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər 2018-ci ilin ötən 9 ayı ərzində də davam etdirilib. Belə ki, builki mövsümdə balakənli kümçülər 29,8 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Proqnoz tapşırığa 130,3 faiz əməl olunub. Fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə bu ilin yaz aylarında rayon ərazisində 700 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 9 min 634 hektara çatdırılıb. Cari mövsümdə fındıq bağlarından 6 min 204 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 819 ton və ya 15,2 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 2018-ci ilin doqquz ayının yekunları ilə bağlı oktyabrın 18-də Balakəndə keçirilən müşavirədə danışılıb.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində bildirilib ki, builki mövsümdə rayonun təsərrüfatlarında 475 hektarda “Virciniya” növlü ətirli, 4 hektarda “Berley” və 56 hektarda yerli tütün sortları olmaqla, ümumilikdə, 535 hektar tütün yetişdirilib. Fermerlər indiyədək sahələrdən 320 ton yerli və 3 min 121 ton “Virciniya” növlü yaşıl tütün kütləsi tədarük edərək emal müəssisələrinə təhvil veriblər. Mövsüm ərəfəsində rayonun Hənifə kəndində 60 ədəd tütünqurutma kamerası olan emal məntəqəsinin istifadəyə verilməsi fermerlərin işini daha da asanlaşdırıb. Məntəqədə 90 nəfər işlə təmin olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin 9 ayında rayonda aqrar sahədən, ümumilikdə, 61,7 milyon manat gəlir əldə edilib. İstehsal olunan məhsulun 56,7 faizi bitkiçilik, 43,3 faizi isə heyvandarlıq sahəsinin payına düşür. Aqrar sahədə məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb.
Hesabat məruzəsində cari ilin ötən dövründə rayonda aparılan tikinti-quruculuq işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, bu müddət ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 29 kilometrlik Balakən-Mazımçay hissəsinin, həmçinin 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala və 9 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarının tikintisi işləri davam etdirilib. Şərif kəndində inşa edilən 360 şagird yerlik məktəb binasının tikintisi başa çatdırılıb və şagirdlərin istifadəsinə verilib. Balakən şəhərində 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisində hazırda daxili tamamlama işləri görülür.
Müşavirədə, həmçinin 2018-ci ilin doqquz ayında əhalinin elektrik enerjisi, təbii qaz, suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info