Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
Tarix: 18.10.2018 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfrans başa çatıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), o cümlədən ICDAD və DEMHIST-in, ICOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə baş tutan konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.

Tədbirə qatılan bir sıra xarici ölkələrin nümayəndələri konfransın işini yüksək qiymətləndiriblər. Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin prezidenti Helena Koenigsmarkova konfransın çox yaxşı təşkil olunduğunu bildirərək deyib ki, xalça və tekstil mövzusu Bakıda bizim üçün bir ilk idi: “Konfrans çox maraqlı :müzakirələrlə, çıxışlarla yadda qaldı”.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qonaq Azərbaycan haqqında yüksək təəssüratlarını dilə gətirib: “Hər şeydən əvvəl Bakıdakı müasir memarlığı bəyəndim. Faktiki olaraq, ilk günümüz muzeylərdə və İçərişəhərdə keçdi. Ölkəniz haqqında müsbət təəssüratlarlara sahibəm”, - deyə o, bildirib.

Heydər Əliyev Mərkəzinin və Azərbaycan Xalça Muzeyinin xüsusi memarlığı ilə seçilən binasına heyranlığını dilə gətirən qonaq vurğulayıb ki, əminliklə öz təcrübəmə əsasən deyirəm ki, Xalça Muzeyi dünyanın ən müasir muzeylərinə aiddir. “Həmçinin kolleksiyanın, ekspozisiyanın, elmi-tədqiqatın keyfiyyəti - bunların hamısı ideal muzeyin əsas göstəriciləridir. Xalça Muzeyi bununla kifayətlənmir, daim inkişaf edir, bu da, çox vacibdir. Xalça Muzeyi arzularımın muzeyidir. Mən bütün muzeylərə bu inkişaf yolunu keçməyi arzu edirəm”, – deyə qonaq sözlərinə əlavə edib.
Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin idarə heyətinin üzvü Yoshihiro Nakatani bildirib ki, o konfransa DEMHIST-in üzvü olaraq qatılıb. Qonaq deyib: “İnteryer haqqında bu qədər məruzəyə qulaq asmaq mənim üçün çox maraqlı idi. Biz ev-muzeylərin interyer həlli, interyer texnikaları və istifadəsi haqqında bir çox məqalələr eşitdik”.
Qonaq Azərbaycan Xalça Muzeyi, ümumiyyətlə, ölkəmiz haqqında təəssüratlarının yüksək olduğunu bildirib: “Xalça Muzeyində ekspozisiyaya, xalçaların nümayiş qaydasına heyran qaldım. Bizdə xalça olmasa da, tekstil nümunələrimiz var və bəzən tekstil sənətini gözəl nümayiş etdirmək çətindir. Amma sizin ekspozisiyanız sadə və gözəldir. Bakı və Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir. Bakıda Avropa şəhərlərinin ruhu var, yəni Milan, Paris və ya Venesiya kimi. Burada mənə tanış olan, bənzər bir Asiya ruhunu da hiss edirəm. Şəhəriniz iki ruhu da birləşdirir və bu, məndə müxtəlif hisslər yaradır”, – deyə o, hisslərini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Gedir dayanmadan zamanın köçü”
13.11.2018
İsa Həbibbəyli: “Dövlətçilik ideyalarının folklorda yaşadılması Cümhuriyyət üçün mənəvi əsas formalaşdırıb”
12.11.2018
El aşıq və şairlərinin irsi toplanmalıdır
12.11.2018
Özbəkistanda Hüseyn Cavidə həsr olunmuş beynəlxalq konfrans keçirilib
12.11.2018
O, ELƏ BİR İSİM Kİ...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info