Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir
Tarix: 18.10.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


18 oktyabr 2018-ci il tarixində Qaradağ rayonunda “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş dəyirmi masa keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş dəyirmi masa keçirilib. Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirib. Natiq hər bir xalq üçün dövlət müstəqilliyi, müstəqil dövlətin olmasının ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından qat-qat çətin olduğunu vurğulayıb. O, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə daha da möhkəmləndiyini qeyd edib. Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım sürətinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını bildirərək qeyd etdi ki, müstəqilliyimizin bərpasından keçən 27 il ərzində Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Daha sonra çıxış edən millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd edib ki, tarixi proseslər və hadisələr nəticəsində Azərbaycan xalqı müəyyən dövrlərdə özünün dövlət müstəqilliyini itirib. Dövlət Müstəqilliyinin bərpası Azərbaycan xalqının və millətinin başlıca məqsədi olub. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranması böyük məna kəsb etmiş, lakin 23 aydan sonra, süqutundan sonra da müstəqillik ideyası ictimai şüurda həmişə mövcud olmuşdur. Müstəqil dövlət yaradılması, dövlətçiliyimizin bərpası ideyası müstəqilliyimizin itirilməsindən sonrakı mərhələdə xeyli müddət davam etmişdir. 80-ci illərin sonlarında beynəlxalq aləmdə vəziyyətin dəyişməsi, keçmiş SSRİ-də mərkəzdənqaçma meyllərinin güclənməsi ilə Azərbaycanda da xalq hərəkatı dalğası yüksəlmişdir. Görünməmiş miqyas alan bu hərəkatı yatırmaq üçün sovet tankları xalqın üstünə göndərildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda törətdikləri vəhşiliklər, günahsız insanların qanının axıdılması xalq hərəkatını milli-azadlıq hərəkatına çevirdi. İlk dəfə məhz Heydər Əliyev bu qırğını pisləyən bəyanatla çıxış etmiş və əslində baş verən hadisələrin siyasi mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdır. Natiq XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətinin də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu qeyd edib: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Digər çıxış edənlər bu günün xalqımızın tarixində ən önəmli gün olduğunu, xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini nəzərə çatdırıblar. Qeyd olundu ki, son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində, o cümlədən rayonumuzda böyük uğurlar əldə edilib.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbiri yekunlaşdıraraq, “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü” münasibətilə bir daha tədbir iştirakçılarını təbrik etdi və təşəkkürünü bildirib.





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info