Baş nazir Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
Tarix: 18.10.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Türkmənistanın qarşıdan gələn milli bayramı – Müstəqillik Günü münasibətilə Rəşid Meredovu təbrik edən Novruz Məmmədov Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Baş nazir Novruz Məmmədov ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, Rəşid Meredovun səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb. “Siyasi sahədə əlaqələrimiz inkişaf edir. Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının, parlamentlərarası dostluq qruplarının, səfirliklərimizin fəaliyyəti ilə yanaşı, bu cür səfərlər münasibətlərimizin dərinləşməsinə töhfə verir”, - deyə Baş nazir Novruz Məmmədov vurğulayıb. İki ölkə arasında iqtisadi sahədə əlaqələri birgə səylərlə daha da inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu qeyd edən Azərbaycanın Baş naziri dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə yükdaşımaları, energetika sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib. Bakıya ölkələrimizin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələrin aparılması məqsədilə gəldiyini deyən Rəşid Meredov qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb. Görüşdə Azərbaycan ilə Türkmənistanın qarşılıqlı olaraq mədəniyyət günlərinin və birgə xalça sərgilərinin keçirilməsi imkanları ilə bağlı, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info