Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
Tarix: 18.10.2018 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün “status naminə ərazi” deyil, “sülh naminə ərazi” düsturunu qəbul edir

“Əgər ölkədə heç bir iş yeri açılmırsa və yaxud yoxsulluğun aradan qaldırılması istiqamətində heç bir addım atılmırsa, bunu vətəndaşların tənbəlliyi kimi qələmə vermək nə qədər doğrudur? Bir müddət əvvəl Nikol Paşinyana dəstək olub küçələrə çıxanlar nəyə ümid edirdilər? Təbii ki, ilk olaraq Sarkisyan rejimindən qurtulmağa. Ancaq indi sual olunur – “ədalətli inqilabın zərəfindən” sonra keçən 6 ay müddətində erməni xalqı nəyə nail olub? Təbii ki, heç nəyə! Yenə də ölkədəki yoxsulluq, işsizlik hökm sürməkdədir. Bu problemlərin yaxın gələcəkdə həllini tapacağı da sual altındadır”. Bu fikirlər “ArmenianReport” saytında yayılan məqalədə qeyd edilib. Ermənistan Dövlət Gömrük Komitəsinin sədri David Ananyanın “Qolos Armenii” nəşrinə müsahibəsində səsləndirdiyi “ölkənin yaxın gələcək üçün iqtisadi görüntüsü, hələ ki, qeyri-müəyyəndir” sözləri real vəziyyəti əks etdirir. “ArmenianReport” saytı yazır ki, Nikol Paşinyan müsahibələrinin birində deyib ki, ölkədə minlərlə vakant iş yerləri var, lakin bunlardan hələ də istifadə edilmir: “Biz bu mesajı vətəndaşlarımıza çox dəqiq çatdırmalıyıq, çünki ölkədə hələ ki, çoxlu sosial və iqtisadi problemlər mövcuddur. Biz ilk olaraq bu problemləri həll etməliyik”. Sayt yazır ki, Paşinyanın dedikləri göstərir ki, o, Ermənistanın hazırkı vəziyyəti ilə bağlı məlumatsızdır: “Əgər Paşinyanın dediyi kimi, Ermənistanda minlərlə boş vakant iş yerləri varsa, bu halda niyə Beynəlxalq Əmək Təşkilatı dünyanın qadın və kişilərin məşğulluğuna dair son hesabatında Ermənistanı dünyanın ən çox işsizlik olan ölkələrindən biri kimi göstərib? Əslində, təşkilatın hesabatı Ermənistandakı reallığı tam əks etdirir. Qeyd edilməlidir ki, 2017-ci ildə Ermənistanda işsizlik səviyyəsi 17,7 faiz təşkil edib, yoxsulluq isə 30 faizdir. Hər on nəfərdən biri gecə ac yatan ölkədə bir çoxları, hətta minimum həyat ehtiyaclarını belə, ödəyə bilmir. Ona görə ki, onların əksəriyyəti Ermənistanda özlərinə iş tapa bilmirlər. Əgər ölkədə, Paşinyan demişkən, doğrudan da, minlərlə vakant iş yeri varsa, deməli, bunların hamısı hökumətin hesabatlarında, əslində isə reallıqda olmayan iş yerləridir. Əgər Ermənistanda bu qədər iş yeri varsa, onda niyə ölkədən köç hələ də səngiməyib? Ermənistandan gedənlər öz potensiallarından yetərincə istifadə edib ailələrini dolandıra bilməyənlərdir. Onlar Ermənistanda iş tapa bilmirlər. İllüziyalar həyəcanında yaşayan yeni hökumət, hələ ki, bütün problemləri ölkə əhalisinin çiyninə yükləyir. Paşinyan vəziyyətdən yalnız öz hakimiyyətini gücləndirmək və siyasi rəqiblərinə qarşı mübarizə üçün istifadə edir. Xalq isə hələ də Paşinyandan sosial vəziyyətin yaxşılaşmasını təmin edəcək islahatlar gözləyir. Hələlik isə bütün bunların heç biri görünmür və xalq yenidən yoxsul həyatdan qurtulmaq üçün ölkədən qaçır. Əgər bu belə davam edərsə, xalq Paşinyandan xilas olmaq məcburiyyətində qalacaq”. Ermənistan xalqının bu vəziyyətdə olmasının əsas səbəblərindən biri Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlamaqdır. Münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun aktı təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün atılmalı olan addımların nədən ibarət olduğu hər kəsə aydındır və bu mövqe yalnız Minsk qrupunun həmsədrləri səviyyəsində deyil, dövlət və hökumət başçıları və digər səviyyələrdə də açıq və ictimai şəkildə ifadə olunur. İlk növbədə və mərhələli şəkildə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan tərəfinin iddialarına baxmayaraq, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün “status naminə ərazi” deyil, “sülh naminə ərazi” düsturunu qəbul edir. Beynəlxalq ictimaiyyət tərəfindən ifadə olunan bu mövqe praktiki siyasi addımlara çevrilməli və münaqişənin həllinə xidmət etməlidir. Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməli və üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info