“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”
Tarix: 18.10.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-də Dövlət Təhlükəsizliyi Xidmətində “Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

General-polkovnik Mədət Quliyev çıxış edərək bildirib ki, xalqımızın əsrlər boyu arzusunda olduğu müstəqil dövləti öz dühası və yorulmaz səyləri ilə qurub, qoruyub və gələcək nəsillərə əmanət etmiş ümummilli lider Heydər Əliyevin misilsiz dövlətçilik xətti hazırkı yeniləşmə və müasirləşmə mərhələsində Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi qeyd edib ki, dövlətimizin başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi milli inkişaf strategiyası sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün xariqələr yaradır, yeni tərəqqi zirvələrini inamla fəth edir. Ulu Öndərin şah əsəri olan müasir Azərbaycanın son 15 ildə bütün sahələrdə əldə etdiyi nailiyyətlər və zəfərlər bir daha sübut edir ki, dövlətin sükanı etibarlı və qüdrətli əllərdədir. Alternativi olmayan bu qətiyyətli siyasət nəticəsində dövlət müstəqilliyimiz, hərbi potensialımız, xalq-iqtidar vəhdəti və milli həmrəylik günbəgün daha da möhkəmlənir, ölkəmizin heyrətamiz inkişafı və qazandığı möhtəşəm nailiyyətlər hər bir vətənpərvər azərbaycanlı tərəfindən sonsuz rəğbət və iftixar hissi ilə qarşılanır.

Milli Məclis sədrinin müavini Bahar Muradova Dövlət Təhlükəsizliyi Xidmətində belə bir əlamətdar tarixə həsr olunan tədbirdə çıxış etməkdən qürür duyduğunu bildirərək, ulu öndər Heydər Əliyevin şanlı peşəkarlıq məktəbinin davamçılarına həyatda və xidmətdə müvəffəqiyyətlər arzulayıb.

Bahar Muradova bildirib ki, hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən və bu 15 il ərzində sözlə əməlin vəhdət nümunəsini ortaya qoyan dövlətimizin başçısı İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi qüdrətinin artmasına, mədəni və elmi cəhətdən tərəqqisinə sərf etməkdədir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin şah əsəri olan, müstəqilliyini etibarlı şəkildə qoruyub saxlayan, azad və firavan bir dövlətin lideri olaraq ölkə vətəndaşlarının rifahı və xoşbəxt gələcəyi, ləyaqətli həyat tərzi naminə göstərilən xidmətlərin müəllifi kimi tarixi missiyanın daşıyıcısıdır.
Qeyd edək ki, bu mövzuda tədbirlər Dövlət Təhlükəsizliyi Xidmətinin bütün struktur bölmələrində keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info