Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
Tarix: 18.10.2018 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Oktyabrın 18-i Azərbaycan tarixinin mühüm səhifələrindən biridir. Həmin gün Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Bununla da XX əsrdə Azərbaycan xalqı ikinci dəfə özünün dövlət müstəqilliyinə qovuşdu. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı bildirib. Deputat deyib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası heç də asan olmayıb. Hansı sistemdə və rejimdə yaşamasından asılı olmayaraq Azərbaycan xalqı daim müstəqilliyə can atıb. Dövlət müstəqilliyinin bərpası çox ağır şəraitdə olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, vətəndaş müharibəsi və ölkənin parçalanmaq təhlükəsi onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirmişdi. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu təhlükələrin qarşısı alındı. Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. Ulu Öndər müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı istiqamətində zəruri addımlar atdı, “Əsrin müqaviləsi” imzalandı, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi.
Musa Qasımlı qeyd edib ki, 2003-cü ildən sonrakı illər isə Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasətinin davam etdirilməsi və bununla da Azərbaycanın müasirləşməsi, daha sürətli inkişafı illəridir. Bu illər ərzində Azərbaycan bir sıra ilklərə imza atıb, böyük nailiyyətlər qazanıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, kosmos klubunun üzvü olub, dünya siyasətində rolu artıb, rəqabətədavamlı ölkə olub. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına daxil olub. Deputat vurğulayıb ki, Azərbaycan xalqının gələcək inkişafı sabitlikdə, xalq ilə hakimiyyətin birliyindədir. Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info