“Milliyet.com.tr”: “Star” neft emalı zavodu Avropada üç zavoddan biri olacaq”
Tarix: 18.10.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Bu gün “Star” neft emalı zavodunun açılışı olacaq. Zavodun fəaliyyət imkanları, əhəmiyyəti Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.
“Milliyet.com.tr” saytında “Nəhəng investisiyanın ilk halqası! “Star”ın startını verəcəklər...”

başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, 2 min 860 hektar ərazini əhatə edən və 20 istehsal obyekti ilə bir sənaye sahəsi ölçüsündə olan “Star” neft emalı zavodu bu gün Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılır. Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın Türkiyədəki ən böyük sərmayəsi olan və İzmirin Aliağa qəsəbəsindəki Petkim kampusu yanında 2011-ci ildə inşasına başlanan müəssisənin açılış mərasimi olacaq. Türkiyənin xarici ticarət kəsirini illik, ən azı, 1.5 milyard dollar azaltması nəzərdə tutulan və özəl sektor tərəfindən eyni sahəyə yönələn ən böyük investisiya olan “Star” neft emalı zavodunda 1100 nəfər işlə təmin ediləcək.
SOCAR Türkiyənin “Star” neft emalı zavodunun baş direktoru Mesut İlter müəssisənin 6,3 milyard dollara başa gəldiyini bildirib. “Star” neft emalı zavodunun, SOCAR-ın Türkiyə üçün nəzərdə tutduğu 19,5 milyard dollarlıq investisiya planının əhəmiyyətli bir hissəsi olduğunu deyən M.İlter qeyd edib ki, “İnvestisiyaların azaldığı bir dövrdə bu zavod SOCAR-ın və Azərbaycanın Türkiyə iqtisadiyyatına olan etibarını göstərir".

İdxal azalacaq

“Star” neft emalı zavodu neft-kimya xammalı ilə yanaşı, ölkə üçün strateji cəhətdən əhəmiyyətli olan dizel, reaktiv yanacağı və LPG kimi məhsulları ilə iqtisadiyyata əhəmiyyətli dərəcədə dəstək olacaq. Zavod ildə 5 milyon ton dizel və 1,5 milyon ton reaktiv yanacağın istehsalı ilə iqtisadiyyata böyük fayda verəcək. Bu, idxal səviyyəsinin dizeldə 40 faiz, LPG-də isə 70 faiz azalmasına səbəb olacaq. Xam neftin neft məhsulları əldə etmədən birbaşa yüksək dəyərli məhsullara çevriləcəyi “Star” neft emalı zavodu bu xüsusiyyəti ilə Avropada üç zavoddan biri olacaq.
“Haberturk.com” saytında isə “6,3 milyard dollarlıq sərmayə dəyəri ilə “Star” neft emalı zavodu, Prezident Rəcəb Tayyib Ərdoğan...” adlı məqalə öz əksini tapıb. Burada göstərilir ki, Türkiyənin emal edilmiş neft məhsulu ehtiyacının 25 faizini təkbaşına qarşılayacaq olan “Star” neft emalı zavodu illik 10 milyon ton xam neft emal tutumuna malikdir. Şirkət, Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə keçiriləcək mərasimlə istehsal fəaliyyətinə başlayacaq.
“Star” neft emalı zavodu, eyni zamanda Türkiyənin ilk Strateji Təşviq sənədini alan şirkət olma xüsusiyyətini daşıyır. Zavod ölkə iqtisadiyyatı və sənayenin ehtiyacları nəzərə alınaraq strateji məhsullara diqqət yetirir və ildə 4,8 milyon ton dizel və 1,6 milyon ton nafta ilə yanaşı, ölkədəki mövcud kəsirin əhəmiyyətli komponentlərindən olan reaktiv yanacağı və LPG kimi neft məhsullarının də istehsalını reallaşdırılacaq. “Star” neft emalı zavodu Türkiyənin ən böyük enerji layihələrindən biri olaraq neft məhsulları idxalında hər il 1,5 milyard dollara qənaət edəcək. Fərqli xam neft növlərini emal texnologiyası və təxminən 1 milyon 640 min kubmetr saxlama tutumu ilə Türkiyənin rəqabət gücünü artıracaq. “Star” neft emalı zavodu inşaatın ən sıx olduğu dövrdə 3 mindən çox mühəndis və 14 ölkədən 19 min 500 nəfərə məşğulluq təmin edib. Zavod fəaliyyət başlayandan sonra 1100 nəfər işlə təmin ediləcək. Şirkətin elektrik kabelinin ümumi uzunluğu 5 min 400 kilometrdir. Türkiyə neft-kimya sektorunun xaricdən asılılığını azaldacaq “Star” neft emalı zavodu neft-kimya sektoru üçün əhəmiyyətli xam maddələr olan nafta, ksilen və reformat ilə büdcə kəsirinin əhəmiyyətli hissəsini təşkil edən dizel, reaktiv yanacağı, LPG və petrokok kimi neft məhsullarının istehsalı reallaşdırılacaq.
Zavod Türkiyənin emal edilmiş neft məhsulu ehtiyacının 25 faizini tək başına qarşılayacaq. Gündə 214 min barel xam neft emalı, 34 min kubmetr xam neft emalı tutumu və 1640 milyon kubmetr saxlama tutumu olacaq. İldə 4,8 milyon ton aşağı kükürdlü dizel, 1.6 milyon ton reaktiv yanacağı, 1.6 milyon ton nafta, 300 min ton LPG istehsal edəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info