Aİİ 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününü qeyd edib
Tarix: 19.10.2018 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Ceyhun Məmmədov: “Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunur və daha da möhkəmləndirilir”


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə İnstitutun müəllim-tələbə heyəti, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər.
Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimizin yenidən əldə edildiyini bildirən C.Məmmədov bu tarixi nailiyyətin Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində əbədilik və dönməzlik qazandığını xüsusi vurğulayıb. Bu siyasətin uğurla davam etdirildiyini bildirən rektor qeyd edib ki, hazırda beynəlxalq aləmdə vəziyyət gərgin olsa da, Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunur və daha da möhkəmləndirilir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, müstəqillik Azərbaycan xalqının mənəviyyatından irəli gələn mental dəyərdir. Xalqımızın azadlığa sarsılmaz gücü sayəsində nail olduğunu vurğulayan millət vəkili Azərbaycanın tarixən qüdrətli dövlətlərə nümunə olduğunu qeyd edib. Həmçinin ölkəmizin regionda həlledici söz sahibi olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. A.Mirzəzadə daha sonra qeyd edib ki, əgər Azərbaycan parçalanmasaydı, azadlığımız davamlı olsaydı, müstəqilliyimiz müəyyən zaman kəsiyində XX əsrə tam şəkildə gəlib yetişsəydi, bu gün dünyada daha böyük və qüdrətli dövlətimiz olardı.
Millət vəkili onu da vurğulayıb ki, əgər bu müddət ərzində müstəqilliyimiz davamlı olsaydı, ermənilərin Qafqaza köçürülməsi baş verməzdi və bugünkü Qarabağ problemi ilə də qarşılaşmazdıq. Qarabağ məsələsinə toxunan millət vəkili qeyd etməyi vacib bilib ki, kənar müdaxilələr olmasaydı, dövlətimiz bu problemi Azərbaycan-Ermənistan münasibətləri səviyyəsində çoxdan həll etmişdi.
Azərbaycan xalqının böyük potensialının onu daim qoruduğunu, bacarığı sayəsində çətin durumlardan həmişə çıxış yolu tapdığını bildirən millət vəkili XX əsrin astanasında müstəqilliyimizin qazanılmasını məhz bu mental xüsusiyyətlə əlaqələndirib. Bildirilib ki, xalqımız bu dövrdə özünün Heydər Əliyev kimi fenomen şəxsiyyətini yetişdirib. Millət vəkili qeyd edib ki, 1991-ci ildə müstəqillik bizə tarix tərəfindən hədiyyə olunmayıb: “Biz onu qazanmışıq və XX əsrdə yarımçıq qalmış arzularımızı reallaşdırmağa başlamışıq”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərinin əvəzsiz olduğunu vurğulayan A.Mirzəzadə bildirib ki, dahi şəxsiyyətin Azərbaycanda hakimiyyətə yenidən qayıtması ilə ölkəmiz müstəqilliyinin ilk illərində yaranmış bütün bəlalardan xilas olub.
Natiq daha sonra deyib: “Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Dövlət başçısının 15 illik fəaliyyəti göstərdi ki, o, Ulu Öndərin ən layiqli davamçısıdır”.
A.Mirzəzadə Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artıma, mədəni inkişafa görə nəinki regionda, eləcə də dünyada lider mövqeyə çatdığını vurğulayıb.
Sonda tədbir iştirakçılarını təbrik edən millət vəkili müstəqilliyimizin milli sərvət olduğunu, onu göz bəbəyi kimi qorumağın hər bir azərbaycanlı üçün vacibliyini diqqətə çatdırıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info