“Azərenerji” işçi axtarır
Tarix: 19.10.2018 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


“Azərenerji” ASC elektrik mühəndisi və elektrik mantyoru vakansiyalari üzrə işə qəbul elan edib. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, sözçüsü olduğu qurumda kompleks islahatlar həyata keçirilir: “Ölkə enerji sistemində baş vermiş məlum hadisədən sonra bu sahənin təhlükəsizliyinə və müasirləşdirilməsinə hesablanmış kompleks islahatların mühüm tərkib hissəsi ixtisaslı kadr potensialının gücləndirilməsidir ki, sözügedən istiqamətdə konseptual yanaşma əsasında müvafiq addımlar atılır. İlkin qənaətə görə, insan resurslarından səmərəli istifadə edilməsi və ixtisaslı kadr bazasının formalaşdırılması məqsədilə yaxın perspektivdə ali təhsil ocaqları ilə sıx əlaqələrin qurulmasına başlanılacaq. Eyni zamanda, işə qəbul edilən gənc mütəxəssislər üçün qısamüddətli istehsal kursları və təlim-seminarlar təşkil ediləcək. Hazırda enerji sisteminin bilikli və bacarıqlı mühəndis-energetiklərlə, elektrik mühəndisi və elektrik mantyoru vəzifələri üzrə komplektləşdirilməsi prosesinə start verilib”.
Y.Babanlı qeyd edib ki, bu səbəbdən də “Azərenerji” öz təhsil və ixtisas səviyyəsinə əmin olan vətəndaşları işə dəvət edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər, Şəxsiyyət vəsiqəsinin, təhsil haqqında sənədin sürətlərini, Fotoşəkilli şəxsi məlumat vərəqəsini (CV) AZ 1005., Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsi, 10 ünvanına təqdim edə, cv@azerenerji.gov.az elektron poçt ünvanına göndərə və əlavə məlumat üçün (+99412) 598-55-09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info