Göyçay sahibkarları açıq məkanda reklam yerləşdirilməsi qaydaları ilə tanış ediliblər
Tarix: 19.10.2018 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


ADRA-nın Şamaxı Regional Reklam İdarəsinin rəhbərliyi Göyçayda rayon aktivləri ilə görüşüb. Onlara Agentliyin gördüyü işlər və fəaliyyət istiqamətləri haqda məlumat verilib. Açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların suallarını cavablandıran Şamaxı Regional Reklam İdarəsinin rəisi Haqverdi Hüseynov bildirib ki, təmsil etdiyi qurumun şəffaf fəaliyyəti reklam yayıcıları arasında azad rəqabəti daha da artırıb, bu sahədə fəaliyyət göstərən iş adamlarının işi xeyli asanlaşıb. Qeyd olunub ki, artıq açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar Agentliyin rəsmi saytına (adra.gov.az) daxil olaraq, oradan qeydiyyat prossesi ilə yanaşı, dövlət rüsumları haqda da bütün məlumatları əldə edə, onlayn müraciət etməklə reklamlarını yayımlaya bilərlər. İş adamlarına ADRA-nın 1412 Çağri Mərkəzi haqda da məlumat verilib. Bildirilib ki, mərkəz istənilən vətəndaşın suallarını cavablandırır, daxil olan şikayət və təklifləri dərhal araşdırıb, lazımi tədbirlər görür. ADRA bu cür görüşlərin gələcəkdə digər regionlarda da keçirilməsini nəzərdə tutur.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info