Əliqismət Lalayev “Uşaq Avroviziya-2018” müsabiqəsinin təmsilçisinə uğurlar arzuladı
Tarix: 19.10.2018 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Azərbaycanı "Uşaq Avroviziya-2018” yarışmasında təmsil edəcək Fidan Hüseynovanın "Sənin kimi olmaq" - "I wonna be like you" mahnısının klipi artıq müsabiqənın rəsmi "Youtube" səhifəsində, eləcə də, müxtəlif sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanan bu mahnının klipinın bəzi kadrları Azərbaycan Dövlət Musiqili Teatrında çəkilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev noyabrın 25-də Belarusun paytaxtı Minskdə "Uşaq Avroviziya-2018” yarışmasında 20 ölkə arasında Azərbaycanı təmsil edəcək balaca iştirakçıya uğurlar arzulayıb: “Mən inanıram ki, Fidan bu yarışmada Azərbaycanın üç rəngli bayrağını zirvələrə ucaldacaq. Teatrda çəkilişlər zamanı onu gördüm. Çox istedadlı, şirin-şəkər baladır. Çəkiliş zamanı onu kənardan seyr edirdim – sərbəstdir, inadkardır. Ümidvaram ki, o, ifa etdiyi mahnının sözlərində bəhs olunan xəyali qəhrəmanına qovuşacaq, balaca çıyinlərinə götürdüyü böyük məsuliyyətin öhdəsindən asanlıqla gələcək, məqsədinə çatacaq və bizi də sevindirəcək”.





 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Hacı İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib
21.01.2019
“Vikipediya”da Elza İbrahimova haqqında səkkiz dildə məqalə yaradıldı
21.01.2019
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb
21.01.2019
“Gəl, ey səhər“ Tələbə Mahnı Müsabiqəsi keçirilib
21.01.2019
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info