Energetika Nazirliyi və “BP Azerbaijan” Niyyət Məktubu imzalayıb
Tarix: 19.10.2018 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Oktyabrın 19-da Energetika Nazirliyi və “BP Azerbaijan” şirkəti arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb.
Nazirlikdən bildirilib ki, Niyyət Məktubu Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.
Sənədə əsasən Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin`s Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq.
Energetika nazirinin müavini Samir Vəliyev deyib: “Bu sənəd “BP Azerbaijan” ilə uzunmüddətli enerji əməkdaşlığımızın növbəti bir uğurudur. Ümid edirik ki, bu əməkdaşlıq neft-qaz sektorunda uğurlu təcrübənin bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinə imkan yaradacaq və ölkənin enerji balansında bərpaolunan enerji mənbələrinin payının artırılması hədəfinə çatmağa kömək edəcəkdir”.

“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib: “Bu layihə bizim sosial sərmayələr üzrə gördüyümüz işlər çərçivəsində ölkənin potensialının inkişaf etdirilməsi təşəbbüslərinə dəstək olmaq barədə götürdüyümüz öhdəliyə uyğundur. Biz bu layihədə Energetika Nazirliyinə dəstək olmaqdan məmnunluq duyuruq və ümid edirik ki, bu əməkdaşlıq böyüyərək gələcəkdə daha güclü və geniş tərəfdaşlığa çevriləcək”.
“SNC-Lavalin`s Atkins” şirkəti fəaliyyətdə olan bir sıra kiçik su elektrik stansiyalarının işini yoxlayacaq və həmin stansiyaların iş səmərəliliyinin necə təkmilləşdirilə biləcəyinə dair tövsiyələrini verəcək. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə “Atkins” şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info