İtaliya Senatının sədrinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
Tarix: 19.10.2018 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Oktyabrın 19-da İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetində (ADU) dünyada XVIII italyan dili həftəsi çərçivəsində “İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminarda iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ADU-da digər xarici dillərlə yanaşı, italyan dilinin də tədris olunduğunu, italyan dili kafedrası və mərkəzinin fəaliyyət göstərdiyini bildirib. “İtalyan mütəxəssislər ilə sıx qarşılıqlı əlaqə iki ölkənin alimlərini bir-birinə yaxınlaşdırır. İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfəri bu münasibətləri daha perspektivli istiqamətlərə yönəldir. Bu yaxınlarda ADU-nun Elmi Şurasının qərarı ilə xanım Maria Elisabetta Alberti Kasellati bu ali təhsil ocağının fəxri doktoru adına layiq görüldü. İtaliya Senatının sədri iki ölkə arasında ictimai-siyasi, humanitar və elm sahəsində münasibətlərin, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təltif edilir”, - deyən akademik Kamal Abdulla xanım Maria Elisabetta Alberti Kasellatiyə həyatında və siyasi fəaliyyətində uğurlar arzulayıb.

Universitetin akt zalında akademik Kamal Abdulla tərəfindən xanım Maria Elisabetta Alberti Kasellatiyə fəxri doktor diplomu və mantiya təqdim olunub.

Sonra akademik Kamal Abdulla müəllifi olduğu “Yarımçıq əlyazma” romanının italyan dilində nəşrini qonağa təqdim edib. Qonaq, öz növbəsində, İtaliya Konstitusiyasının müxtəlif dillərə tərcümə olunmuş nəşrlərini ADU-ya hədiyyə edib.

İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati çıxışında İtaliya-Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb. O deyib: “ADU tərəfindən fəxri doktor adına layiq görülmək mənim üçün böyük şərəfdir. Biz bilirik ki, rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin akademik işini yüksək səviyyədə aparır. Humanitar, iqtisadi, mədəniyyət və digər sahələrdə İtaliya-Azərbaycan əlaqələrinin inkişafına çox böyük dəstək göstərəcəyimə və bu əlaqələrin inkişafını yaxından izləyəcəyimə əmin ola bilərsiniz. Öz adımdan və İtaliya Respublikasının Senatı adından bu gün burada çıxış etdiyim üçün dərin minnətdarlıq və qürur hissi duyuram”.
Tədbirdə ADU-nun tələbəsi “Amiamo l`Italia” mahnısını səsləndirib. Sonda xanım Maria Elisabetta Alberti Kasellati fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
21.01.2019
Azərbaycan məktəbləri beynəlxalq mükafata layiq görülüb
21.01.2019
“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info