Gömrük-biznes münasibətləri beynəlxalq standartlara uyğun şəkildə tənzimlənir
Tarix: 19.10.2018 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Oktyabrın 19-da Dövlət Gömrük Komitəsində iş adamları ilə “Gömrük prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər” mövzusunda görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığı çərçivəsində təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, aidiyyəti qurumların əməkdaşları və “yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən sahibkarlar iştirak edib.
Sahibkarlar qarşısında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daxili istehsalın, ölkənin ixrac və tranzit potensialının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində gömrük orqanları qarşısında gömrük-biznes münasibətlərinin beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməsi, şəffaflığın tam təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, bir sözlə, münbit ticarət mühitinin yaradılması məqsədilə mühüm vəzifələr qoyulub.
Qeyd edilən vəzifələrin icrası istiqamətində gömrük orqanlarının informasiya texnologiyalarından və elmin müasir nailiyyətlərindən yararlandığını söyləyən Səfər Mehdiyev, ticarətin asanlaşdırılması, biznes subyektlərinin məmnuniyyətinin maksimum dərəcədə təmin olunması istiqamətində innovativ layihələrin, yeni tətbiqlərin həyata keçirildiyini deyib. Bu yeniliklərdən birinin də “yaşıl dəhliz” buraxılış sisteminin olduğunu, artıq 60-a qədər biznes subyektinin “yaşıl dəhliz”dən istifadə etdiyini diqqətə çatdıran Komitə sədri sistemin faydaları barədə də məlumat verib.
Bildirilib ki, “yaşıl dəhliz” buraxılış sisteminin imkanlarından yararlanan iş adamları mal və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilmədən öncə birbaşa öz ofislərindən və ya internetə çıxışı olan hər hansı məkandan qısa idxal bəyannamələrini elektron qaydada təqdim etməklə risklərin idarə olunması sisteminin tətbiqi ilə idxal etdikləri mal və nəqliyyat vasitələrini anbarlarına apara bilərlər. Bu isə vaxt itkisinin, əlavə xərclərin, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə imkan verir. Üstəlik, bu və digər layihələr gömrük orqanları ilə biznes nümayəndələri arasında qarşılıqlı inam və etibarın təmin olunmasına şərait yaradır.
Səfər Mehdiyev qeyd edib ki, “yaşıl dəhliz” sisteminin tətbiqi zamanı istər gömrük orqanları, istərsə də sahibkarlar müəyyən problemlərlə üzləşir. Lakin səmərəli və işgüzar dialoqlar vasitəsilə çatışmazlıqların aradan qaldırılması mümkündür. Komitə sədri sistemdən istifadə edən şəxslərin bəzi hallarda qısa idxal bəyannamələrini gömrük orqanlarına təqdim etmədiklərini, bu kimi halların aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.
O da qeyd olunub ki, qısa idxal bəyanamələrinin düzgün doldurulması və təqdim edilməsi, “yaşıl dəhliz” sistemilə bağlı digər prosedurların qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi üçün gömrük orqanları sahibkarlara təmənnasız dəstək göstərəcək. Sistemin istər sahibkarlar, istərsə də gömrük orqanları üçün üstünlüklərilə yanaşı, məsuliyyətinin də böyük olduğunu vurğulayan Səfər Mehdiyev, tələb olunan prosedurların düzgün şəkildə yerinə yetirilməsi barədə fikir və tövsiyələrini də diqqətə çatdırıb.
Görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb və problemlərin operativ qaydada həll edilməsi istiqamətində tapşırıqlar verilib.
Sonda “yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı videoçarx nümayiş olunub.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info