“Seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı əsl niyyəti ortaya çıxacaq”
Tarix: 19.10.2018 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


“Ermənistanda yeni parlamentin formalaşması münasibətlərdəki bir çox məsələlərə aydınlıq gətirəcək”

Ermənistanın gələcək taleyi təkcə erməni analitiklər deyil, həm də xarici siyasətçilər arasında da müzakirə obyektinə çevrilib. Ermənistanda baş verən hadisələr, Paşinyanın istefası, növbədənkənar parlament seçkiləri, Moskva üçün nə qədər maraq kəsb edir? Bu sualla ermənilərin “1in.am” saytının əməkdaşı rusiyalı siyasi icmalçı Stanislav Tarasova müraciət edib. Ekspertin cavabı belə olub: “Hər şeydən əvvəl, etiraf edim ki, Moskva Ermənistanda baş verənlərlə bağlı məlumatlıdır və Paşinyanın istefasının proseslərin yalnız bir hissəsi olduğunu yaxşı anlayır. Ermənistanda keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərlə bağlı məsələ təkcə Moskva deyil, həm də Qərb tərəfindən diqqətlə izlənilir. Bu günlərdə Fransa prezidenti Makron, ondan əvvəl ABŞ-ın yüksəkvəzifəli məmurlarının İrəvana səfəri ölkədə baş verən hadisələrə maraq göstərilməsindən irəli gəlir. Şübhəsiz ki, bizim üçün bütün bunlar formal bir prosesdir və düşünürəm ki, ölkədə sabitliyin qorunması çox vacibdir. Bu gün Ermənistandakı bəzi mətbu orqanlarının yaranmış vəziyyətdən təhlükəsizlik qüvvələrinin yararlanacağı, yəni əks-inqilab ola biləcəyi barədə yazdığı məlumatlar bizim üçün də arzuolunmaz ssenaridir. Ermənistanda bu gün də qeyri-adi bir vəziyyət olsa da, hələ ki, sabitlikdir”. Sayt əməkdaşının “Seçkilərdən sonra erməni-rus münasibətlərində hər hansı bir dəyişikliklər olacaqmı və ya hər şey yenə də olduğu kimi qalacaqmı?” - sualını cavablandıran Tarasov deyib: “Bu gün çoxları dəyişikliklər barədə, xüsusilə Xaçaturovla bağlı məsələdən sonra münasibətlərin pisləşəcəyinə dair fikirlər səsləndirirdilər. KTMT-nin Parlament Assambleyasının iclasının İrəvandan Moskvaya keçirilməsi də bəzi erməni siyasiləri tərəfindən müsbət qarşılanmadı. Ermənistanda yeni parlamentin formalaşması münasibətlərdəki bir çox məsələlərə aydınlıq gətirəcək. Məhz bu mənada biz gələcək münasibətlərimizdə pis bir şəkildə dəyişiklik gözləmirik. Xatırladım ki, Paşinyan hakimiyyətə gəldiyi ərəfədə Rusiya prezidenti Vladimir Putinlə üç görüş keçirib, onların telefon danışıqları olub. Lakin biz hazırda Ermənistanda hər şeyin qeyri-sabit olduğunu başa düşürük və ümid edirik ki, seçkidən sonra bütün məsələlər aydınlaşacaq. Bundan sonra Paşinyanın Rusiya və digər sahələrə dair əsl niyyəti ortaya çıxacaq”. Moskvanın bu seçkilərdə hansısa siyasi qüvvəyə “stavka” edəcəyi ilə bağlı sualı cavablandıran rusiyalı siyasətçi deyib ki, bir müddət bundan əvvəl İrəvana səfər edən “Vahid Rusiya” partiyasının nümayəndələrinin “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Tsarukyanla görüşü onda Moskvanın müxalifətlə əməkdaşlıq etməyə başlayacağı təəssüratı yaradıb. Tarasova görə, ancaq bu fakt Ermənistanda Rusiyanın antipaşinyan oyunu oynadığı təəssüratını yaratmamalıdır: “Əsas məsələ Paşinyanın gələcəkdə özünü necə aparması ilə bağlıdır. Əgər o, regional siyasətdə, eləcə də dünya siyasətində özünü doğruldarsa və Qərblə oyunlarına son qoysa, Ermənistanı düşdüyü siyasi böhrandan çıxara bilər. Bu, Qarabağ məsələsində də müsbət inkişafa təkan vermiş olar”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info