“Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir”
Tarix: 19.10.2018 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 69-cu kitabı çapdan çıxıb


Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur. AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 69-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il mayın 22-də “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “The Business Year” jurnalına müsahibəsində söyləyib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 69-cu kitabındakı materiallar 2015-ci ilin mayından iyul ayınadək olan dövrü əhatə edir. Bu kitabın əsas materialları Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində və yarış günlərində dövlətimizin başçısının iştirakı ilə keçirilən mühüm tədbirlərə dair informasiyalardan ibarətdir. Belə ki, kitabda Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının atletlər və media kəndlərinin, avtobus deposu və təlim mərkəzinin açılış mərasimlərində iştirakına, Avropa Oyunları parkının qarşısında, Oyunların Əməliyyat Komitəsinin baş ofisində, idmanın bir neçə növü üzrə yarışların keçiriləcəyi “Baku Crystal Hall”da, Tofiq Bəhramov adına Respublika stadionunda yaradılan şəraitlə tanışlığına dair materiallar toplanıb, Avropa Oyunları ilə bağlı tədbirlərdə çıxış və nitqləri yer alıb. Nəşrdə dövlətimizin başçısının “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihələri olan yeni mədəniyyət obyektlərinin - “Daş salnamə” muzeyinin, “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasının, habelə “Azərbaycan Evi”nin açılışlarında iştirakına, YARAT Müasir İncəsənət Mərkəzinin ilk daimi məkanı ilə tanışlığına dair materiallarla da tanış olmaq mümkündür. Kitaba, həmçinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrin Bakıya gəlmiş dövlət və hökumət başçıları ilə Prezident İlham Əliyevin keçirdiyi görüşlərə, apardığı danışıqlara dair informasiyalar daxil olunub. Azərbaycan Prezidentinin İtaliya Respublikasına işgüzar səfəri zamanı “Milan Ekspo 2015” sərgisində nitqi, İtaliya Prezidenti və Baş naziri ilə görüşlərinə dair materiallar da bu kitabda yer alıb. Oxucu 69-cu kitabda dövlətimizin başçısının, həmçinin XXII Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışı mərasimində, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqlərinin mətnləri ilə tanış ola bilər. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 69-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info