Əfqanıstanda seçki məntəqələri yaxınlığında 15 partlayış törədilib
Tarix: 20.10.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Əfqanıstanın paytaxtı Kabildə seçki məntəqələrində baş verən bir neçə partlayış nəticəsində azı 3 nəfər həlak olub, 30 nəfərə qədər insan isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyi ümumilikdə paytaxtdakı seçki məntəqələrinin yaxınlığında təxminən 15 partlayış törədildiyini deyib. Daxili İşlər Nazirliyi isə Kabildə deyil, bütün ölkə ərazisində əldəqayırma partladıcı qurğudan istifadə edilməklə 15 insidentin baş verdiyini bildirib.
Əfqanıstanda oktyabrın 20-də yerli vaxtla saat 07:00-da Xalq palatasına (parlamentin aşağı palatası) seçkilər başlayıb. Respublikanın 34 əyalətindən 32-də səsvermə məntəqələri fəaliyyətə başlayıb. Qəndəhar və Qəzni regionlarında isə təhlükəsizlik səbəbindən seçkilər təxirə salınıb. “Taliban” hərəkatının oktyabr seçkilərini pozacağı barədə təhdidləri fonunda güc strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Seçki günündə təhlükəsizliyi 70 mindən çox polis və hərbçi təmin edir.
Səsverməyə qədər baş verən bir neçə hücum nəticəsində 100-dən çox insan, o cümlədən deputatlığa 10 namizəd həlak olub.
Əfqanıstan parlamentinə sonuncu dəfə 2010-cu ildə keçirilmiş seçkilər çoxsaylı qanun pozuntuları və taliblərin seçki məntəqələrinə hücumları ilə müşayiət olunmuşdu.
Seçkilərin ilkin nəticələrinin noyabrın birinci ongünlüyündə, yekun nəticələrin isə dekabrın 20-də açıqlanacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Moskvada mənzildə partlayış baş verib, xəsarət alanlar var
16.11.2018
Konqoda 7 BMT sülhməramlısı öldürülüb
15.11.2018
Gömrükçülər ərzaq məhsullarının içində mobil telefonlar aşkarladılar
15.11.2018
“Qəbələ”nin məşqçisi qəzada öldü
15.11.2018
Qəbələdə “Toyota” ağaca çırpıldı: ölən var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info