Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
Tarix: 20.10.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır.
Trend-in müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyez Universitetində keçirilən konfransda deyib.
Əli Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətimizin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan hər kəsə hörmətlə, sevgi ilə yanaşır, ona öz xalqımıza, millətimizə bəslədiyimiz münasibəti bəsləyirik: "Nolsun ki, o başqa dinə sitayiş edir, nolsun ki, onun dili, mədəniyyəti və digər davranış normaları fərqlidir. Onlar Azərbaycan vətəndaşı olaraq bizim dövlətin, bizim cəmiyyətin qanunlarını, davranış normalarını qəbul edirsə, ona hörmətlə yanaşmaq bizim borcumuzdur".
Şöbə müdirinin sözlərinə görə, bu gün Cənubi Qafqazda Azərbaycan bir regional rifah, barış və siyasəti yürüdür: "Əlbəttə burada müəyyən prinsiplər var, hər bir dövlət başqa dövlətin haqlarına, milli haqlarına, başqa dövlətin ərazi bütövlüyünə, dövlətin atributlarına, iqtisadi maraqlarına, milli mentalitetinə hörmətlə yanaşmalıdır. İstəmirsənsə sənin mentalitetinin üstünə gəlsinlər, başqa dövlətin mentalitetinin üstünə getməməli, istəmirsənsə sənin dövlətinin ərazi bütövlüyünü pozsunlar, başqa dövlətə ərazi iddiası irəli sürməməli, istəmirsən sənin təhlükəsizliyini təhdid etsinlər, başqa dövlətin təhlükəsizliyini göz önünə almamalısan. Yəni, hər bir dövlət özünə rəva görmədiyini başqa dövlətə rəva görməməlidir. Dünyada dövlətlər arası münasibətin bir şərti var. Bu şərt BMT-nin Nizamnaməsində öz əksini tapıb. Başqa dövlətin daxili işinə qarışmamaq, onun ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmaq, mübahisəli məsələləri müharibə yolu ilə deyil, dinc yollarla həll etmək, dövlətlərarası tərəfdaşlıq münasibətləri yaratmaq, insan hüquqlarına əməl etmək, insanların sərbəst hərəkəti, miqrasiya və digər məsələlərə şərait yaratmaq. Amma beynəlxalq hüquq həm də iki dövlət arasında və bir neçə dövlət arasında razılaşdırılmış şərtləri də beynəlxalq hüquq sayır. Məsələn, Rusiya-Azərbaycan-Türkiyə ümumi bir əməkdaşlıq platforması yaradıb və kifayət qədər də perspektiv olan platformadır. Rusiya-İran-Azərbaycan platforması var, nəqliyyat, kommunikasiya işləri üzərində qurulub, İran-Türkiyə-Azərbaycan platforması var, Azərbaycan-Gürcüstan-Türkiyə platforması var, Azərbaycan-Türkiyə-Gürcüstan-Türkmənistan platforması var. Bunların hər biri regional dialoq platformasıdır ki, dövlətlər istəyini ortaya qoyub və qarşılıqlı nöqtələr tapılıb".

Əli Həsənov qeyd edib ki, dialoq üçün mütləq şəkildə qarşılıqlı nöqtələr tapılmalıdır, qarşılıqlı şərtlər ortaya qoyulmalıdır: "Götürək hal-hazırda dünyada bütün beynəlxalq hüquq şərtlərini aşaraq zorla qapımıza gələn, qapımızı döyən, bizim siyasətimizə, sivil normalarımıza təzyiq formasında həyata keçirilən enerji maraqlarına. Bütün dünya bu gün dünyanın mövcud enerji resursları uğrunda mübarizə aparır. Enerji resurslarına yiyələnmək istəyən dünyanın güclü dövlətləri o enerji qaynaqlarını daha əlverişli şərtlərlə, daha ucuz qiymətə və rəqabətdənkənar mühitdə ələ keçirib öz dövlətinin maraqlarını təmin etmək istəyir. Ona sahib olmayan və dünyada yetərincə gücü olmayan digər dövlətlər başqaları ilə ittifaqlar yaradaraq öz payını almaq istəyir".




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info