“Real Madrid” İspaniya La Liqasında ardıcıl ikinci dəfə məğlub olub
Tarix: 20.10.2018 | Saat: 18:13:00 | E-mail | Çapa göndər



Oktyabrın 20-də İspaniya La Liqasının 9-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda “Real Madrid” klubu “Santiaqo Bernabeo” stadionunda “Levante” komandasını qəbul edib. Oyuna fəal başlayan meydan sahibləri ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, hesabı “Levante” açıb. Qonaqların müdafiəçisi Serxio Postiqo diaqonal ötürmə ilə Xose Luis Moralesi qapıçı ilə təkbətək çıxarıb. Sonuncu fürsəti əldən verməyib – 0:1.
Vurulan qoldan altı dəqiqə sonra “Levante” klubunun əks-hücumunun qarşısını almaq üçün səy göstərən Rafael Varan cərimə meydançası daxilində topa əllə müdaxilə edib. Oyunun baş hakimi Kuadra Fernandez “kral klubu”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Rojer Marti dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində hücuma atılan Madrid təmsilçisi matçın 72-ci dəqiqəsində hesab arasındakı fərqi minimuma endirib. Kərim Benzemanın ötürməsini hücuma qoşulan müdafiəçi Marselo dəqiq zərbə ilə tamamlayıb – 1:2. Qalan dəqiqələrdə ciddi müdafiə olunan “Levante” madridlilərin bir daha fərqlənməsinə imkan verməyib.
Beləliklə, “Real Madrid” İspaniya La Liqasında ardıcıl ikinci dəfə meydanı məğlubiyyətlə tərk edib. Çempionatda son dörd oyunda qələbə qazana bilməyən “kral klubu” üç görüşdə məğlub olub, birində isə heç-heçə edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info